"Xaliq Faiqoğlu” şirkətində tələbələrlə görüş keçirilib - FOTOLAR

Aviasiya və Avtomobil üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin “Xaliq Faiqoğlu” şirkətində ixtisasartırma təcrübəsi keçməsi proqramı başa çatıb. Bu münasibətlə “Xaliq Faiqoğlu” şirkətinin Təmir Mərkəzində şirkət və təhsil müəssisəsinin rəhbərliyinin də iştiakı ilə tələbələrlə görüş keçirilib.

Görüşdə 15 aprel – 17 iyun tarixində keçirilən təcrübə proqramının əhəmiyyəti, tələbələrin texniki peşə sahələrinə marağı və ixtisasları üzrə biliklərinin artırılması istiqamətində həyata keçirilən işlərdən danışılıb.

“Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidov tələbələrə uğur arzulayıb və əldə etdikləri təcrübənin onların gələcək fəaliyyətində faydalı olacağına inandığını bildirib. Təmir Mərkəzinin servis müdiri Aykut Öztürk təcrübəçilərin 2 ay müddətində çilingər, mühərrikçi, elektrik ixtisasları üzrə peşəkar səviyyədə biliklər aldığını, əyani vəsaitlərlə iş bacarıqlarını inkişaf etdirdiyini deyib.

Peşə Təhsil Mərkəzinin direktoru Yəhya Səfərov isə çıxış edərək yaradılmış şəraitə görə təşəkkürünü bildirib, bu il təhsilini başa vuran gənclərin yaxın gələcəkdə yüksək ixtisaslı mütəxəssis kimi soraqlarını alacaqlarına əmin olduğunu ifadə edib.

Sonda tələbələrə sertifikatlar və hədiyyələr, təqdim edilib, xatirə fotosu çəkdirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar