Azərbaycandan 4-cü medal - Avropa oyunları

Azərbaycan Belarusun paytaxtı Minskdə keçirilən II Avropa oyunlarında növbəti medalını qazanıb.

Qol.az xəbər verir ki, akrobatika növündə qarışıq cütlük Abdulla əl-Məşayxi və Ruhidil Qurbanovadan ibarət duet bu dəfə bürünc medala sahib çıxıb. Onlar balanslı hərəkətlərdə 28,160 bal toplaraq, üçüncü olublar. İlk iki yeri isə müvafiq olaraq, Viktoriya Aksyonova - Kirill Startsev (Rusiya) və Artur Belyakov - Volqa Melnik (Belarus) cütlüyü tutub.

Qeyd edək ki, Abdulla əl-Məşayxi - Ruhidil Qurbanova dueti dinamik hərəkətlərdə də gümüş medal qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar