“ÖLKƏMİZİN MİLLİ TƏHLÜKƏSİZLİYİ ETİBARLI ƏLDƏDİR...” – Namiq Abbasovdan açıqlama

"Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır".

Bu fikirləri Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri Namiq Abbasov Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunmasına münasibət bildirərkən deyib.

Sabiq nazir "AzPolitika.info"ya yazılı açıqlamasında bu barədə fikirlərini qeyd edib. N.Abbasov bildirib ki, vaxtilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində yetişmiş, peşəkar təhlükəsizlik zabiti olan Əli Nağıyevin yenidən xüsusi xidmət orqanının rəhbərliyinə qaytarılmasını yüksək qiymətləndirir:

"Əli Nağıyev uzun müddət  Milli Təhlükəsizlik Nazirliyində çalışmış və nazir müavini vəzifəsinədək yüksəlmişdir. Əli Nağıyev professional çekist və təhlükəsizlik mühitini əməliyyat baxımından düzgün qiymətləndirməyi bacaran kadrdır. O, işlədiyi müddətdə ölkəmizin milli təhlükəsizliyinin təminatında mühüm rol oynamışdır".

Sabiq nazir bildirib ki, cənab Prezident İlham Əliyevin Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin etməsi dövlət başçısının uğurlu kadr siyasətinin davamı kimi qiymətləndirilməlidir: "Bu, həm də Əli Nağıyevə olan etimadın bariz nümunəsidir".

Namiq Abbasov DTX rəisinə uğurlar diləməklə yanaşı, onun vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə inandığını da ifadə edib: "Mən Əli Nağıyevə bu çətin və şərəfli işdə uğurlar arzu edirəm. Və hesab edirəm ki, ölkəmizin milli təhlükəsizliyi etibarlı əldədir".

İ.İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

antiAbu 2019-06-23 10:14:05

Hörmətli Namiq müəllim! Biz də Sizi əli nağıyev kimi kadrların yetişməsinə xüsusi mühit yaratdığınıza və bu mühütdə mühüm rol oynadığınıza görə minnətdarlığımızı bildiririk. Çox sağ olun!

Xalqini sevən 2019-06-23 10:14:05

Hörmətli Azpolotika şərhimin əvvəlini vermədiz davamını verdiz.Beləliklə yeni təyin olunan Əli Nağıyevə uğurlar arzulayırıq.Xalq üçün dəyərli ,sevimli insan olsun.Qisas almağa tələsməsin,Allah heç kəsin qisasını qiyamətə qoymur.Necə ki qoymadı.

Arslan 2019-06-23 10:14:05

DTX-ya iki polisdən sonra nəhayət ki, əsl peşəkar, təhlükəsizlik orqanlarının yetirməsi olan şəxs təyin edildi. Xüsusi xidmət belə peşəkarların yeridir. Digər həqiqi peşəkar N.Abbasovdan sonra E.Mahmudov kimi xüsusi xidmətin nə olduğundan xəbərsiz birinin təyinatı bu sahəni iflic etmişdi. İndi DTX-nın həm fəaliyyəti, həm də nüfuzunun yüksələcəyinə inam var. Bu yolda Ə.Nağıyevə və komandasına uğurlar arzulayıram!

Xalqını sevən 2019-06-23 10:14:05

davamı. Dağıldı da.Bu quruma qəbul olunan işçilər hərtərəfli yoxlanmalıdır.Əyər xalq bilsə ki qonşusu agentdir,deməli bu qurum işləmir,əksinə E.Mahmudovun tabeliyində işləmiş insanlar özləri bu məxviliyi açırdılar,hətta mətbuata da sızdırırdılar.hər hansı bir insan çayxanada,ictimai yerdə kiməsə agent deyirsə o adam cəzalanmalıdır.bu dövlətçiliyi zəiflətməyə xidmət edir.hərdən FB səhifələrində belə yazılara rast gəlirik,ancaq o adam haqqda heç bir tədbir görülmür.bu sırf DTX İşçilərinin vəzifəsidir

sual 2019-06-23 10:14:05

Bəs deyirdiz Namiq abbasov danişa bilmir?

Mux 2019-06-23 10:14:05

Cənab prezidentin bu addımını bütöv Azərbaycan xalqı müsbət qiymətləndirir.DTX-nə peşəkar rəhbərin təyin edilməsi vacib məsələ idi.DİN,DTX,MN,DSX-bu xidmətlər Azərbaycanın əsas güc qüvvələridir.Bir neçə gündür DİN-nin yeni rəhbəri təyin olunandan sonra paytaxt şəhərin güçələrində,səkilərdə,mağazaların önündə canlanan alver işləri ləğv edilib.Həmçinin də DTX sahəsində atılan ilk addımlar bunu subuta yetirir.Mən yeni təyin edilmiş DİN və DTX rəisinə bu şərəfli yolda uğurlar diləyirəm.

TARIX 2019-06-23 10:14:05

DÖVLITİMİZ ÜCÜN XEYİRLİ OLSUN.

Son yazılar