İSTANBULDA SEÇKİNİ İMAMOĞLU QAZANDI! - İlkin açıqlamalar + VİDEOLAR

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin nəticələri açıqlanmağa başlayıb. Sandıqların 99,5 faizi artıq açılıb.  Səsvermənin ilkin nəıticələrinə görə, Əkrəm İmamoğlu seçiçilərin səsinin 54 faizini, Binəli Yıldırım isə 45, 1 faizini qazanıb. 

Binəli Yıldırım sandıqların tam açılmasını gözləmədən çıxış edərək, Əkrəm İmamoğlu qələbəsi münasibətilə təbrik edib.  

Beləlilklə, İstanbulun yeni bələdiyyə başqanı Əkrəm İmamoğlu oldu! 

İmamoğlu seçkinin nəticələrilə bağlı açıqlama verib : “Bugünkü seçkinin nəticələri xeyirli olsun. Bu günkü 23 iyunda keçirdiyimiz seçkinin ən vacib nəticələrindən biri də Türkiyənin demokratiya prosesinə verdiyi töhfə idi. Hər iki səbəblə ölkəmizə və İstanbulumuza bugünkü seçkinin nəticələri xeyirli olsun. Minnət duyğularımı bildirmək istəyirəm. Sizinlə uzun bir mətn paylaşacağam. Hisslərimi həm media nümayəndələrinə çatdırmaqla yanaşı, həm istanbullu həmşəhərlilərimə, Türkiyəyə və hətta dünyaya Türkiyə adına bir neçə cümlə demək adına özümü məsul hiss edirəm. Amma öncə bu gün on minlərlə, hətta yüz minlərlə deyə ifadə edə biləcəyim seçki qutusu başında vəzifəsini icra edən bütün dostlarıma, günün qəhrəmanlarına minnət duyğularımı çatdırmaq istəyirəm. Tarixi məsuliyyət davam etməkdədir. Onlar bu günün demokratiya qəhrəmanları idi. Göstərdikləri xidməti hər zaman gözəl bir xatirə olaraq xatırlayacaqlar. Amma onu da bildirmək istəyərəm ki, bu gün, hazırda əlimizdəki seçki nəticələri dəqiq olsa da, dəqiq nəticələr seçki protokollarında olur. Ona görə də səslərin sayılması prosesində iştirak edən şəxslərə, dostlarıma, bütün bu işə məsul insanlara, nəticə dəqiqləşənə qədər vəzifələrinin başında qalmalarını özəlliklə rica edirəm. Bu zaman çox ciddi zamandır və əsla seçki qutularınızın, qeydlərinizin, protokollarınızın statistikası dəqiqləşənə qədər seçki qutularını tərk etməməyinizi hamınızdan xahiş edirəm. Dolayısı ilə desək, bu tarixi məsuliyyət hələ də davam etməkdədir”.

 

***

Bu gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səsvermə başa çatıb. Bakı vaxtı ilə saat 9.00-da başlayan səsvermə saat 18.00-da yekunlaşıb. Qeyd edək ki, İstanbulda 31186 seçki dairəsi üzrə 10 milyon 560 min 963 nəfərin səsvermə hüququ olub.

İlkin məlumata görə, budəfəki seçkiyə rekord sayda seçici qatılıb. Saat 18.00-dan qutular açılaraq, səslərin sayılmasına başlanılıb.

Nəticələrin Bakı vaxtı ilə saat 20:30-dan etibarən  elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, seçkidə əsas rəqabət AKP-li Binəli Yıldırımla CHP-li Əkrəm İmamoğlu arasında gedir.

***

Bu gün İstanbulda təkrar bələdiyyə seçkisi keçirilir.APA-nın xəbərinə görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə əsas namizədlər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdır. Səsvermə yerli vaxtla saat 08.00-17.00 (Bakı vaxtı ilə 09.00-18.00) arasında olacaq. Saat 18.00-dan sonra nəticələrin açıqlanmasına başlanacaq.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. Ali Seçki Qurumu (YSK) Əkrəm İmamoğlunun 26 min səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Aprelin 17-də səslərin təkrar sayılması prosesi başa çatıb və səs fərqi 12 min nəfərədək düşüb.

AKP İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin ləğvi və yenidən keçirilməsi tələbi ilə bağlı YSK-ya müraciət edib.

YSK aprelin 17-də İstanbul bələdiyyə sədri mandatını Əkrəm İmamoğluna təqdim edib, mayın 6-da isə İstanbulda seçkinin nəticələrinin ləğvinə qərar verib. Ə. İmamoğlunun mandatı geri alınıb.

YSK CHP və İYİ Partiyanın İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinin bütövlükdə ləğv olunması ilə bağlı şikayətini isə təmin etməyib.

Xatırladaq ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

635x100

Şərhlər

EJDER 2019-06-23 21:35:59

AYE,DEMOKRATIYA,SECKI BELE OLAR,YOXSA MAAWLAR QALXDI...YALANCI ,PULA SATILMIW EKSIPOL,XARICI MUWAHUDECI,ANALOQU OLMAYAN HAY HUY. KIMI ALLADIRIQ...AXIRDADA NATEMIZLER SECILIR...MALADES MSK-YA....

Köhnə azərbaycanlı 2019-06-23 21:35:59

M.K.Atatürk: "Nə mutlu türkəm deyənə". Mənim üçün fərq yox idi kim qalib gələcək. Lakin o boyda AKP iqtidarının başı üzərindən, İstambulda 15 milyondan çox əhalisi olan şəhərdə müxalifət nümayədəsi qalib gəlirsə bu demokratik seçkininin bariz nümunəsidir. O günlər olsun belə demokratik seçki bizim Azərbaycanda keçirilsin. İNŞALLAH. Bu demokratik seçki münasibəti ilə bütün türk millətimizi təbrik edirəm!

dadaşyev 2019-06-23 21:35:59

Bu heç yaxşı işlərdən xəbər vermir,İstanbul bütün Türkiyənin göstəricisidir.O boyda meqapolisi mamaoğluna-filana vermək olmaz.Bir tək çarə qalır;bir valiyə "it" dediyinə görə vəzifəsindən almaq və məhkəməyə sürükləmək,yerinə də prezidentin birbaşa təyin etdiyi adam,yəni "qəyyum bələdiyyə başkanı".Vəssalam.Yoxsa bu demokrasi-memokrasiylə Türkiyə bunların ümidinə qalsa hazırkı qanun-qaydasız dünyada fəlakətə sürüklənəcək.Demokratiya oyunları Türkiyəyəmi qaldı?

Müfəttiş 2019-06-23 21:35:59

Rusların təlimatları, gözəlim Türkiyədə keçmədi.Belə ədalətli seçkiyə görə, ən əvvəl sayın ƏRDOĞAN cənablarına minnətdarlıq etmək lazımdır.Yaşasın Türkiyə.

miri 2019-06-23 21:35:59

Təbriklər Türkiyəm! Yeni yolun uğurlu olsun. Haqqın və ədalətin bərqarari, millətin rifahı, ölkənin gələcəyi uğurlu olsun. İNŞƏALLAH.

Son yazılar