"Minsk 2019": Azərbaycanın akrobat dueti 3-cü medalı qazanıb

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.

Qurbanlı - Əl-Məsaihi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar