Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.Gənclərin üstünlük təşkil etdiyi aksiyada hələ kütləvilik müşahidə edilmir. Ərazidə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları növbə çəkir.

Dördüncü gündür keçirilən aksiyanın tələbləri dəyişməz qalıb: - aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını, iyunun 20-də Tbilisidə keçirilən kütləvi aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları daha geniş formada davam etdirəcəklərini bildiriblər. Bəzi iştirakçılar aclıq aksiyası keçirməyə hazır olduqlarını bəyan ediblər.(“Report”)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar