MƏHBƏSİN SINDIRA BİLMƏDİYİ MÜCAHİD - Doğum günün mübarək, ELÇİBƏY!

Ramazan SİRACOĞLU,

professor

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə,

Neylərəm mey nəşəsin, mən kim, sənin heyraninəm.

(Füzuli) 

Milli azadlıq hərəkatının lideri, Azərbaycan Demokratik Cümhuriyyətinin siyasi varisi Azərbaycan Respublikasının sabiq Prezidenti Əbülfəz Elçibəy, keçən əsrin 70-ci illərindən bu günədək ictimai-siyasi gündəmdə öz mövqeyini qoruyub saxlamaqdadır. Onu tanıyıb bilənlər, sevənlər, təqdir, tənqid, təhqir edənlər, hətta Elçibəy adını qısqanclıqla qarşılayanlar arasında həm özümüzdən olanların, həm də başqalarının sayı-hesabı bəlli deyil. Lakin əminəm ki, sevənləri, təqdir edənləri, ardıcılları ona nifrət bəsləyənlərdən dəfələrcə çoxdur.

Bu yazının məqsədi, Roma hüququnda təsbit olunduğu kimi, “ad narrandum, non ad probandum – təhkiyyə üçündür, sübut üçün deyil”dir, çünki qeyd olunanlar yaddaşa dayalıdır. Öncədən xatırlatım ki, Əbülfəz bəyin iştirakı və rəhbərliyi ilə təşkil olunmuş bütün mitinq və yürüşlərdə tərəddüdsüz olaraq iştirak etmişəm. Anadan olmasının 81-ci ilini sayqıyla qeyd etdiyimiz  Əbülfəz Elçibəyin bu ərəfədə dünyasını dəyişmiş ömür-gün yoldaşı bacımız Həlimə xanımın da adını  rəhmətlə anmağı özümə mənəvi borc bilirəm.

Azadlıq mücahidi Əbülfəz bəyi universitetdə oxuduğum ilk günlərdən tanımışdım. Bir təsadüfdən sonra, sözün əsl mənasında, onun çoxsaylı ardıcıllarından oldum.

Yaxşı yadımdadır: oktyabr ayının 29-u, həftənin birinci günü idi. Bizi dərsdən çıxarıb Yuxarı binaya (bizim fakültə o zaman Kommunist (indiki İstiqlaliyyət) küçəsi, 8-də yerləşirdi və Universitetin əsas binası P. Lumumba, 23-də (indiki Z. Xəlilov, 23) olduğundan oranı belə adlandırırdılar), 7 noyabr nümayişində sıra ilə addımlamağı öyrətmək üçün oraya “marşirovka”ya göndərmişdilər. Yuxarı binaya getmədən əvvəl nahar üçün “Azərnəşr”in arxa tərəfində “kəşf elədiyim” xudmani  kafeyə girdim. Rafiq müəllimlə (İsmayılov) Əbülfəz bəyi içəridə görəndə, geri qayıtmaq istərkən, Rafiq müəllim məni səslədi: “Bura gəl, bura gəl”.

İstər-istəməz, onlara yaxınlaşıb salam  verdim. Rafiq müəllim hara getdiyimlə maraqlandı. Çəkinə-çəkinə “marşirovka”ya dedim. Rafiq müəllim “otur nahar elə, sonra gedərsən” deyib, Əbülfəz müəllim tərəf döndü:“Anamın şagirdi olub, indi də bizim tələbəmizdir”.

Əbülfəz bəy gülümsündü: “Şilyanlısan?”

Sevincək “bəli” dedim. Əbülfəz bəy də, “böyük kənddir, o kənddə çox olmuşam; otur, otur” dedi, hətta zarafat da elədi: “Gördün yemək, daha nə demək?”

Onlarla bir masa arxasında oturmanın mənə verdiyi qürur hissi utancaqlıq hissimə qalib gəldi. Büruzə vermədən Rafiq müəllimlə Əbülfəz bəyi müşahidə edirdim. Mənə elə gəlirdi ki, Rafiq müəllim danışanda, deyəsən, Əbülfəz bəydən ehtiyat eləyir. Bugünkü gün kimi yadımdadır, radioda o vaxtlar dəbdə olan “Binti şələbiyyə” mahnısı ifa olundu. Əbülfəz bəy o mahnı haqqında məlumat verməyə başladı: “Şələbiyyə vaxtilə İspaniyaya, indi isə Portuqaliyaya aid olan bir yerdir. “Binti Şələbiyyə”, yəni “Şələbiyyəli qız”. “Ayunə ləvziyyə” isə “badam gözlü” mənasındadır. Misirlilər sözlərin tərkibindəki “qaf” hərfini tələffüz etmirlər, diqqət edin, “bihibbik min əlbi, ya əlbi” deyir, yəni, “canım, səni ürəkdən sevirəm””.

Tarix müəllimi kimi tanıdığım Əbülfəz bəyin belə incəlikləri bilməsi məni sanki əfsunlamışdı. Nəyin bahasına olur-olsun o mahnının sözlərini tapıb əzbərləməyi qərara aldım ki, ona müraciət edə bilməm üçün əlimdə bəhanə olsun. Sağollaşıb ayrılanda mən o kafeni, sözün əsl mənasında, Əbülfəz bəyin heyranı olaraq tərk etdim.

Çox keçmədən mən “Binti şələbiyyə”nin sözlərini tapıb öyrənmiş, Əbülfəz bəyə müraciət etmək üçün “dəlil” də tapmışdım: “binti şələbiyyə” bəlkə, “çələbi qızı” deməkmiş, yəni “bəyzadə”, ərəb dilində “ç” səsi olmadığından, yəqin, çələbiyə şələbi deyirlər?

Əbülfəz bəy də məni dinləmiş, “bu da sizin variantınız olsun” demişdi.

İkinci kursda oxuyanda Əbülfəz bəylə daha çox söhbət edirdik. Yanvar ayının 15-də, biz “Partiya tarixi”ndən imtahan verəndə, Əbülfəz bəyin  tutulması xəbəri ildırım sürəti ilə bütün universitetə yayıldı. Bu xəbər Əbülfəz bəyin tərəfdarı olan müəllimləri və onu sevən tələbələri sarsıtmışdı. Hərə bir söz deyirdi.  Dekanlıqdan dərsə davamiyyət jurnalını götürəndə yaşlı müəllimlərimizdən birinin deyindiyini eşitdim: “Yaxşı oldu ona, ağzına gələni danişırdı.”

Uzun müddət onu görə bilmədim. Hamı bir-birindən çəkinirdi, söz soruşmağa qorxurdu. May ayının ortalarında Əbülfəz bəyin il yarım həbs cəzası aldığı xəbəri gəldi. Müəllimlik fəaliyyətinə də  ömürlük qadağa qoyulduğunu öyrəndim. İllər beləcə keçdi…

Əbülfəz bəy həbsdən çıxdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA) Əlyazmaları Fondunda (İnstitutunda ) işləməyə başlamışdı.  Mən də təyinat müddəti üzrə işlədikdən sonra aspiranturaya daxil olmuşdum və Əbülfəz bəy dünyasını dəyişənədək mütəmadi olaraq onunla görüşürdüm. Sonralar bu səmimiyyətimiz ailəvi münasibətə çevrildi. Sevinirəm ki, onun övladlarının təlim-tərbiyəsində, az da olsa, mənim də rolum vardır.

Çox illər sonra, 2000-ci ilin aprel ayında birinci dəfə xəstəliyi ilə əlaqədar olaraq Türkiyəyə gedib-qayıdandan sonra, Əbülfəz bəylə söhbət edərkən, Bəy özünün həbs hadisəsiylə bağlı maraqlı bir məqama toxundu. Əbülfəz bəyin sözlərinə görə, 1975-ci ildə  Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları onu  həbs edəndə şəxsiyyətini alçaldıcı hərəkətə yol verməmişdilər. O vaxt respublika ali məktəblərinin flaqmanının və yeganə universitetinin – Qırmızı Əmək bayrağı ordenli Azərbaycan Dövlət Universitetinin (BDU-nun)  müəlliminin, Kommunist partiyasının üzvünün, tarixçi alimin həbsi  böyük əks-səda oyandırmışdı.

1975-ci ilin aprelində Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general- mayor  V.S. Krasilnikovun  (1920- 2003) əmri ilə Əbülfəz bəyi onun kabinetinə gətirmişlərƏbülfəz bəy orada Krasilnikovun suallarına rusca cavab verməkdən imtina edib. Krasilnikov ona sorub: “Axı siz Ordubadda orta məktəbdə 10 il rus dili öyrənmişsiniz, 1957-ci ildə universitetə rus dilindən qəbul imtahanı verib müvəffəq qiymət almışsınız, universitetdə beş il rus dili keçmişsiniz, 1962-ci ilin iyul-dekabr aylarında Moskvada QKES-in (İqtisadi Əlaqələr üzrə Dövlət Komitəsi ) xətti ilə mühəndis-mütərcim kursunda oxumuşsunuz və nəhayət, 1963-1964-cü illərdə Misirdə ərəb-rus-ərəb dilləri üzrə mütərcim işləmişsiniz, elmi tədqiqatınızda rus dilli qaynaqlardan yararlanmışsınız, dəfələrlə ittifaq şəhərlərində olmuşsunuz. Niyə indi birdən-birə rus dilində danışa  bilmədiyinizi iddia edirsiniz?”

Əbülfəz bəy də cavabında söyləyib ki, respublika DTK-nın ona qarşı hərəkəti  Azərbaycan SSR Konstitusiyasının  və Cinayət-Prosesual Məcəlləsinin 11, 11.1 və 12-ci maddələrinin kobud şəkildə pozulması deməkdir. Məsələn, Əbülfəz bəy  kirayədə qaldığı mənzildə olmamasına baxmayaraq, DTK əməkdaşları o mənzildə axtarış aparmışlar. Cinayət- Prosesual Məcəlləsinin 16-cı maddəsinə əsasən, təqsirli şəxs qismində saxlanılan, dindirilən, şübhələndirilən, müqəssir bilinən və ya müttəhim, öz fikrini daha sərbəst şəkildə danışdığı dildə – ana dilində ifadə edə bilmək hüququna malikdir.

Əbülfəz bəyin inadla öz fikrindən daşınmadığını görən DTK sədri tərcüməçi çağırtdırır. Bu dəfə  Əbülfəz bəy mütərcimin işini çətinləşdirmək üçün qəsdən ədəbi dilimizin arxaik qatlarında olan, praktik dildə nadir işlənən, lakin sözlüklərdə təsbit olunmuş leksemlərdən istifadə edir: “Cənabi-alinizə bünyəyi-ricsi dənilikdən mütəşəkkil napayidar və müləvvəs dəhrdə bilmərrə adil davranıb məşhud nahaqqa qarşı münsif və mücadil olmağı istirham edirəm.”

Biçarə tərcüməçi mat-mat Əbülfəz bəyin üzünə baxanda, Bəy rus dilində DTK sədrinə deyir: “Гражданин генерал, вы всего навсего председатель КГБ при Совете Министров Азербайджанской ССР, но ведете себя как хозяин республики. Но учтите, у нас есть такая поговорка: “Dəvədən böyük fil də var – Больше верблюда есть еще слон.” (“Vətəndaş general, siz vur-tut Azərbaycan SSR Nazirlər Soveti nəzdində DTK-nın sədrisiniz, amma özünüzü respublikanın ağası kimi aparırsınız. Lakin nəzərə alın ki, bizdə belə atalar sözü var: “Dəvədən böyük fil də var!””)

Əbülfəz bəyin sözlərinə görə, ya onun Krasilnikova söylədiyi sözlərə, ya da hansısa başqa səbəbə görə, bir neçə müddətdən sonra, daha doğrusu, 23 aprel 1975-ci ildə axşam üstü onu Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin yanına gətiriblər.

H. Əliyev DTK sədri V.S. Krasilnikova soyuq və amiranə şəkildə deyir: “Докладывайте: кто он такой, что сделал, в чем провинился?” (“Məruzə edin: O kimdir, nə edib, cinayəti nədir?”)

Krasilnikov, Bəy haqqında məlumatlar verdikdən sonra H. Əliyev sirayətedici nəzərlərlə Krasilnikovu süzərək soruşub: “И в конечном итоге вы пришли к такому выводу что, он…?” (“Və nəticədə siz belə qərara gəlmisiniz ki, o…“) . Krasilnikov da tez əlavə edib ki, “страшнее Солженицына” (“Soljenitsından daha qorxuludur”) .

Krasilnikov belə deyəndə, H.Əliyev əsəbi halda DTK şefindən soruşub: “Тогда зачем его вовремя не обезвредили, дали ему возможность расширить и продoлжать свою подрывную деятельность среди молодежи? Почему ваше  ведомство и лично вы потворствовали этому? Откуда у вас такое шапкозакидательсто и безалаберность к делу?” (O halda niyə vaxtında onu zərərsizləşdirmədiniz, ona gənclər arasında öz pozucu fəaliyyətini genişləndirməyə və davam etdirməyə imkan vermişsiniz? Nə üçün sizin idarə və şəxsən siz bu işə göz yummuşsunuz? İşə bu cür laqeydlik, arxayınçılıq münasibəti sizdə haradandır?” )

Əbülfəz bəyin sözlərinə görə, DTK sədri bir anda özünü itirmiş, dili pəltək vurmuş, ittihamçıdan müttəhimə çevrilmişdi. Özünə haqq qazandırmaq üçün sözlərini malalamağa çalışıbmış: “Виноват, товарищ Алиев. Он не создал никакие кружки, ничего плохого не написал против власти. Только использует шовинистические предложения при свох лекциях. Например, якобы взяточничество есть русское явление” (“Təqsirkaram, yoldaş Əliyev. O heç bir dərnək yaratmayıb, hakimiyyət əleyhinə pis şeylər yazmayıb. Yalnız öz mühazirələrində şovinist cümlələr işlədir. Məsələn, deyir ki, guya, rüşvətxorluq rusların işidir.”)

O anda  Mərkəzi Komitənin  birinci katibi istehzayla Krasilnikova baxıb:  “Эти слова принадлежат Ленину. Ленин в 1921 году, а именно, 17 октября сего года, в своем знаменитом выступлении  на 2-ом  Всероссийскoм  съездe  политпросветов на тему  “Новая экономическая политика и задачи политпросветов” так и сказал: “И не только крестьянин, громадный процент коммунистов не умеет пользоваться советскими законами по борьбе с волокитой, бюрократизмом или с таким истинно русским явлением, как взяточничество””(“Bu sözlər Leninə məxsusdur. 1921-ci ildə, daha dəqiqi, həmin ilin 17 oktyabrında siyasi maarif işçilərinin 2-ci Ümumrusiya qurultayında Lenin özünün “Yeni iqtisadi siyasət və siyasi maarif işçilərinin vəzifələri” başlıqlı məşhur  çıxışında belə də deyib: “Sadəcə, kəndli deyil, kommunistlərin əksər hissəsi süründürməçilik, bürokratiya və ya əsl rus işi olan rüşvətxorluq halları ilə mübarizədə sovet qanunlarından istifadə etməyi bacarmır.””)

Əliyev narazı halda başını bulayıb: “Виталий Сергеевич, ежедневно надо читать классиков марксизма-ленинизма. А этот болтун занимался болтавней, а вы хотели устроить бурю в стакане. Диссидента нашли. Только этого не хватало. По какой статье  хотите чтобы  его судили?” (“Vitali Sergeyeviç, hər gün marksizm-leninizm klassiklərini oxumaq lazımdır. Bu boşboğaz isə gəvəzəliklə məşğul olub, siz də istəmisiniz stəkanda tufan törədəsiniz. Əcəb dissident tapmısınız. Bircə bu çatışmırdı. Onun hansı maddə ilə mühakimə olunmasını istəyirsiniz?”)

Pərtlikdən nitq qabiliyyətini itirmiş Krasilnikov mızıldanıb: “По статье 63: Антисоветская агитация и пропоганда” (“63-cü maddə: Antisovet təşviqat və təbliğat”)

Əliyev qalib əda ilə Krasilnikovu xəbrədar edib: “Если его будут судить по этой статье, точно вас будут разжаловать, ищите другие статьи, если не хотите лишиться генеральских погонов” (“Əgər onu bu maddə ilə mühakimə etsələr, mütləq sizin rütbənizi aşağı salacaqlar, başqa maddə axtarın, əgər general poqonlarından məhrum olmaq istəmirsinizsə.” )

Əbülfəz bəyin dediyinə görə, Leninin rüşvət haqqındakı sözlərini o, Leninin əsərlərinin ruscasının 44-cü cildinin 171-ci səhifəsindən əzbərləmişmiş, amma H. Əliyevin  də o sitatı əzbərə bilməsi, doğrusu, onu çox həyrətləndiribmiş, çünki tarix fakültəsinin müəllimlərinin böyük qisminin Leninin əsərlərindən heç xəbəri yoxmuş.

Əbülfəz bəyin sözlərinə görə, H. Əliyev DTK şefinə beş dəqiqəliyinə kabinetdən çıxmasını əmr elədikdən sonra Bəydən soruşub: Əbülfəz müəllim, bu nə pəstahadır, açmısan? Dövlət və camaat tələbələri sənə əmanət edib ki, onlara təlim-tərbiyə verəsiniz, elm öyrədəsiniz, sən isə başlamısan bazar söhbəti eləməyə: bağ belə gəldi, bostan elə getdi. Atan müharibədə həlak olub, anan əlil, xəstə və yaşlı qadındır, özün də ki, qırxı haqlamısan, hələ də subaysan, ailə-uşaq sahibi olmalı vaxtın da çoxdan gəlib çatıb. Özü də, bu nə ərizəsidir yazmısan: “Xahiş edirəm ki, məni “Çornı sotentsı” – “Qaragüruh” dəstəsinin saxlanıldığı həbsxanaya göndərin””.

Əbülfəz bəyin sözlərinə görə, o da H. Əliyevə cavab verib ki, “Qaragüruh”lardan siyasi mübarizə üsulunu öyrənmək üçün o cür ərizə yazıb.

Belə deyəndə H.Əliyev əsəbi şəkildə ona birincisi, indi SSRİ-də belə dəstə yoxdur, ikincisi, o “Qaragüruh”lar qatı şovinist rus cinayətkarlarıydı, əllərinə keçsəydin, səni parça-parça edərdilər. Sənin “Qaragüruh”un Qobustandadır. Göndərəcəklər Qobustana, il yarım orda daş daşıyarsan, ağlın gələr başına deyib.

Əbülfəz bəyin sözlərinə görə, bunu dedikdən sonra H. Əliyev qəzəbli halda ayağa qalxaraq, nüfuzedici baxışlarla onu süzüb. Bəy deyirdi, mən çalışırdım ki, gözlərimi onun gözlərindən qaçırmayım. Birdən o sağ əlini zərblə masaya vurub rus dilində yüksək səslə “Вы будете служить идеологии марксизма-ленинизма. Не знаете, научим, не хотите заставим!” (“Siz marksizm- leninizm ideologiyasına xidmət edəcəksiniz. Bilmirsinizsə, öyrədərik, istəmirsinizsə, məcbur edərik”) deyə qışqırdı.

Ondan sonra H.Əliyev təkrar DTK-nın sədrini içəri çağırtdırıb, Əbülfəz bəyin istintaq işinin tez bir zamanda tamamlanıb məhkəməyə çıxarılması barədə göstəriş verib.

O ərəfələr bayram günlərinə təsadüf etdiyi üçün ( 28 Aprel Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 55 illiyi, 1 May zəhmətkeşlərin həmrəylik günü, 9 May faşizm üzərində qələbənin 30 illiyi ) Əbülfəz bəyin məhkəməsi 12 mayda başlamış və bir həftəyə tamamlanmışdı. Məhkəmə Əbülfəz bəyi Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci (Milli və irqi hüquq bərabərliyini pozma) və 188.1 maddəsi ilə (Sovet dövlət və ictimai quruluşunu ləkələyən yalan uydurmalar yayma)  mühakimə edib barəsində bir il  altı ay həbs cəzası qərarı çıxarmış  və cəzasını çəkmək üçün Qobustan həbsxanasına göndərmişdi.

Məhkəmənin qərarıyla həbs müddəti Əbülfəz bəyin DTK tərəfindən saxlanması günündən, yəni, 15 yanvar 1975-ci ildən hesablanacaqdı.

Məhkəmə Əbülfəz bəyi  DTK sədri V.S. Krasilnikovun ilkin variantda nəzərdə tutduğu Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-cü maddəsi ilə (Antisovet təşviqat və təbliğat) mühakimə etsəydi, o zaman ona azı 5-7 il həbs cəzası veriləcəkdi. Bu maddədəki sovet hakimiyyətini sarsıtmaq və ya zəiflətmək məqsədilə, yaxud ayrı-ayrı xüsusi təhlükəli dövləti cinayətlər edilməsi məqsədilə təşviqat və ya təbliğat aparılması, yenə həmin məqsədlə sovet dövləti və ictimai quruluşunu ləkələyən böhtançı uydurmalar yayma, habelə eyni məqsədlə bu məzmunda olub əl ilə yazılan, çap edilən və ya başqa şəkildə olan əsərləri yayma və ya hazırlama, yaxud saxlama  ittihamları ağırlaşdırıcı şərtlər sayılırdı.

Mən Bəydən  Azərbaycan KP MK-nın birinci katibi H. Əliyevin son anda onu  DTK şefi V. S. Krasilnikovun pəncəsindən nə səbəbə qurtarmasını soruşdum.

Əbülfəz bəyin ehtimalına görə, H.Əliyev o dövrdə SSRİ miqyası üçün çox önəmli və həyati əhəmiyyət daşıyan Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilməyə hazırlaşırdı: “Əlbəttə, H. Əliyev əsla və əsla istəməzdi ki, belə bir məqamda, bu ərəfədə onun rəhbərlik etdiyi  məkanda hansısa siyasi motivli bir cinayət əməli baş versin, yaxud da respublikanın adı hallansın. Eşitdiyimə görə, o vaxtlar respublika daxilində və onun xaricində H. Əliyevi Moskvanın gözündən salmağa maraqlı olan qüvvələr varmış.  Görünür, H. Əliyev düşünüb ki, mənim  DTK tərəfindən həbsim həmin qüvvələrin düzüb qoşduğu işlə bağli ola bilərOna görə də H.Əliyev DTK sədrini bir göz qırpımında suçlu duruma düşürmüşdü. Başqa sözlə, özünü o zamankı  opponentlərindən qorumaqla, müəyyən mənada mənə də yardım etmiş olub.  Təsadüfi deyil ki, 1976-cı ildə respublika prokurorluğunda kadr dəyişikliyi oldu,  baş prokuror Qambay Məmmədov tutduğu vəzifəsindən azad edildi, 5 mart 1976-cı ildə H. Əliyev Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd seçildi”.

…Əbülfəz Elçibəy çox istiqanlı, ailəcanlı, əxlaqlı, milli dəyərləri yüksək qiymətləndirən şəxsiyyət idi. Zahiri baxımdan sərt görünüşlü Bəyin çox kövrək və həssas qəlbi vardı. Qızı ali məktəbə qəbul imtahanıa gedəndə çox həyəcanlanmışdı, imtahandan sonra məni evlərinə dəvət etmiş, mən də Çilənayın  cavablarını nəzərdən keçirəndə, Bəy iki-üç dəfə “ümid var?” soruşmuşdu. Mən də, “ən azı 400 bal toplayıb, mütləq qəbul olacaq” desəm də, Bəy son anadək nigaran qalmışdı.

Bir dəfə gecə Bəylə söhbət edəndə qəfildən işıqlar söndü, o anda Turqut əlində kiçik fənərlə bizim oturduğumuz otağa girib oranı işıqlandıranda, Bəyin gözündə yaş damlası gördüm. Kövrəldiyini  gördüyümü bəlli etməmək üçün  üzümü yana çevirmişdim.

Elçibəy çox həssas adamdı. Bəzən, ən kiçik, önəmsiz kimi görünən hərəkət onu çox mütəəssir edirdi. Mənə şövqlə danışırdı ki, Türkiyə Respublikasının SSRİ-dəki səfiri Vahid Halefoğlu (1919-2017 ) 1982-ci ildə Əlyazmalar Fonduna gələndə Füzulinin portretinin önündə durub məşhur “Məni candan usandırdı” qəzəlinin mətlə beytini deyəndə, akademik Həmid Araslı (1902 – 1983) da səfirin sözlərini “Mənə tə’n eyləyən qafil, səni görgəc utanmazmı?” misrası ilə tamamlayıb. Əbülfəz bəyə görə, bu mükalimə siyasi mesajmış və Həmid müəllim türk səfiri müşaiyət edən sovet rəsmilərini nəzərdə tutaraq bunu söyləyib.

Əbülfəz bəy özünəməxsus həyəcanla  danışırdı ki, türk müğənnisi Nəsrin Sipahi Bakıda Yaşıl Teatrda konsert verəndə, konsertdəki böyüklər KQB-nin qorxusundan ona gül verə bilmirdilər, oradakı uşaqlar çöldən çiçək qoparıb türk müğənnisinə gətirdiklərində Nəsrin Sipahi “galiba, büyükler duvarı aşamıyorlar” söyləyib. Bəyin zənnincə, bu da bir siyasi replikaymış.

Bu bir danılmaz faktdır ki, Elçibəy aşırı bir Türkiyə heyranı idi. Hətta arada-sırada Azərbaycan və Anadolu türkcəsinin qarışımında poetikləşmiş ifadələr söyləməsi də vardı:

“Seni ışık yaratmış türkün yari Çelebi,

Beni ışık hayranı—tıpkı kelebek gibi…”

və ya

“Deniz gözlüm, Tanrım sana kıymasın:

Ulusumun umudu var gözünde…”

Elçibəy 1992-ci ilin oktyabrında Prezident kimi ilk səfərini də məhz Türkiyəyə gerçəkləşdirmişdi. Özünün sözlərinə görə, orada torpağı öpmək üçün bir girəvə, münasib imkan axtarırmış. Gecə Çırağan otelindən çıxıb Mərmərə dənizinin sahilinə gəlir, onu qurudan, havadan və sudan mühafizə edən komandoslar da təlimat üzrə onun ətrafında canlı sədd çəkiblərmiş. Bəy onlara “Sizə soyuq olacaq, sudan çıxın” desə də, onlar nə sudan çıxmışlar, nə də Bəylə danışmışlar.

Əbülfəz bəy alicənab şəxsiyyət idi. Onu tanıdığım 27 il müddətində hansısa bir adamın ünvanına nalayiq söz və ya ifadə işlətdiyini heç eşitmədim. Onun haqqında “donos” yazmış, üzünə durmuş tələbələrindən də, müəllim həmkarlarından da (bir neçəsinin adını söyləmişdi), bir dəfə olsun, gileylənmədi. Haqqında ağlasığmaz iftiralar atanlara, şər-böhtan yağdıranlara, olmazın təhqirləri edənləri də heç qınamırdı: “Zavallıların çörəkpulu məni söyməkdən çıxır, ehtiyacın üzü qara olsun, neyləsinlər yazıqlar?

Çox nikbin idi, hər şeyin bir zamana ehtiyacı olduğunu düşünürdü.

Bəyin qeyri-adi musiqi duyumu vardı. 19 mart 1984-cü ildə filarmoniyada  yanaşı oturub Aşıqların IV qurultay iştirakçılarının konsertinə tamaşa edirdik. Aşıq Kamandar oxuyub qurtaranda, Əbülfəz bəy dedi: “Düşünürdüm, görəsən, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Ələsgər necə aşıq olublar, nə təhər oxuyublar? Aşıq Kamandarı tanıyandan sonra anladım ki, onlar Aşıq Kamandar kimi aşıq olublar”. 

Fikrət Əmirovun musiqi bəstələrinin heyranı idi, Məmmədəli Əliyevin ifasında “Şeyx Sənan” əsərindəki kor ərəbin mahnısını dinləməkdən doymazdı. Təəssüflənirdi ki, Cavid əfəndiyə bu musiqi əsərini eşitmək qismət olmadı.

Bəyin düşüncəsinə görə, bəstəkar E. Sabitoğlunun şair B. Vahabzadənin “Kəpənək” şeirinə bəstələdiyi mahnı çoxlarına şən, məzəli mahnı kimi görünsə də, əslndə, bu əsərdə dərin nisgil var, əlçatmaz platonik sevginin mümkünsüzlüyünün üzüntüsü gizlənib o qammalarda: “O zərif qanadlı kəpənək bir simvoldur. Onu tutsan, ölər, qəfəsdə də saxlaya bilməzsən, ancaq “əllərində izi qalar.””

Arabir zarafatından da qalmazdı. 1998-cu ildə Türkiyədən iki qonağı gəlmişdi, məni də evlərinə çağırmışdı. Məni qonaqlarına “bu bey benim öğrencimdir” şəklində təqdim etdi. Müsafirlərdən biri  “efendimiz hangi görevdeydiler?” – deyə soruşanda, Bəy gülərək “okumadığı okul kalmadıysa da, sovyet dönemində komünist, bizim zamanımızda cepheci, şimdi de YAP-çı olmadığından hiç zaman hiçbir görevde bulunmadı” deyərək əlavə etdi: “Dostumdur.”

Yeri gəlmişkən, 1999-cu ilin yanvarında mənim “Azadlıq” qəzetində  yayınlanmış “Qalxın, Elçibəy gəlir!” adlı məqaləmi “Elçibəy dostunun gözüylə” şəklində şərh etmişdilər.

Əbülfəz bəy özü deməsə də, etiraf etməyə qıymasa da, çox güvənib dəyər verdiyi xalqının və dəstəyinə sarsılmaz ümid bağladığı beynəlxalq güclərin  mühüm anda ondan üz döndərməsini, meydanda tək qoymasını özünə çox dərd edirdi.

1993-cü ilin iyun ayının 12-də Prezident iqamətgahının önünə toplaşmış beş- altı yüz adam “Elçibəy! Elçibəy!” hayqıranda Əbülfəz bəy onlara etiraz etmişdi: ““Azərbaycan! Qarabağ! Azadlıq!” haraylayın, insanlar fanidir, baqi olan vətəndir, azadlıq istəyidir”.

Bəyi o anda çox üzgün gördüm. Bu üzüntü beş-altı yüz adamla, can hövlündən pərən-pərən düşmüşlərlə, birbaşa konstitusiya  vəzifəsini yerinə yetirməkdən imtina edənlərlə, siyasi reneqatlarla eyforiyaya düşmüş qiyamçılara müqavimət göstərmənin mənasızlığunun idrakından qaynaqlanmışdı…  

Kim nə deyir desin, Əbülfəz Elçibəy bütün doğruları və yanlışlıqları, savabları və günahları ilə tariximizə imzasını atmış şəxsiyyətdir. Güvəndiklərini olduqları kimi deyil, görmək istədiyi şəkildə gördüyündən, arabir irrasional seçimlər etsə də, kolxozda briqadir vəzifəsində çalışmağa qabiliyyəti olmayan bəzi qalstukluları göylərə çıxartsa da, qətiyyət tələb olunan məqamda bəzən tərəddüd etdiyi anlar olsa da, Əbülfəz bəyin parlaq və güclü sima olduğuna əminəm.

İnanıram ki, Əbülfəz bəy siyasət aləmində anidən parlayıb sonra yox olan komet deyil, o, bu gün bizimlə, sabah isə mütərəqqi gəncliklə bərabər daha geniş və firavan üfüqlərə doğru yürüyəcək qüdsiyyətdir.

Doğum günün mübarək, ELÇİBƏY!

635x100

Şərhlər

Hörmət 2019-06-24 09:02:34

Ramazan Siracoğlu Ə.Əliyev kim olduğunu bilmək üçün disident Nadir Ağayevin "Elçibəyin iç üzü"Məqaləsini oxusanız yaxşı olar.Birdə ki,rəy yazanda etik normalara əməl etsəniz hörmətiniz artar.Mən AXC yranan zaman vəzifədə işləməyimə baxmayaraq AXC-yə üzv olmuşam.Ə.Əliyevin ilahiləşdirmək lazım deyil.Zaman hakimdir biz isə müqəssir. kimin kim olduğunu zaman göstərəcək.Ə.Əliyev lazım olan tapşırıqları yerinə yetirib.Guya o biri sovet respublikaları müstəqil olmadı?SSRİ-ni Rusiya dağıtdı,Ə.Əliyev yox.

Kazım 2019-06-24 09:02:34

Elçibəyi mifləşdirmək tamamilə yanlışdır.O rəhmətə gedib,Allah ona rəhmət etsin! Ancaq onun məhbəsdən sonrakı hərəktlərini danmaq yanlışdır.Məhbəsdə o Əliyev kursunu qəbul etdikdən sonra azad olunub və bütün həyatı boyu tapşırıqlardan kənra çıxmayıb.BUna real misal onun gecəliklə Prezident postunu təhvil verib Kələkiyə yol salınması olub. Bu hərəkətin isə onun Əliyev kursuna sadiqliyinin sübutudur. O sadəcə bir alətə çevrilərək tapşırıqların icraçısı olub.Ətrafı isə Etibar, Pənah, Rəhim və digərləri olub.

Malik 2019-06-24 09:02:34

Nədənsə azad fikirli insanlar o zaman SSR-nin bütün Respublikasında muxtariyyətlərində bir gündə əmələ gəldi yadıma enli balağ şalvar saçı üzün oğlanların geyimi düşdü bu modanı Qərbə görə edirdilərki bizdədə kim necə istəyir o cür geyinir yəqin azad düşüncələridə bu cür formada yetişdiriblərki bizdə partiyanıda tənqid etmək olar üstəlik tarixi iddialarlada danışmaq olar bir sözlə SSR-inin türmələrində 30-cu illərdən qalma anti svet təbliğatçıların mənşəyini mənbəyini öyrənirdilər bir güllə ilə iki dovşan.

Ramazan SİRACOĞLU 2019-06-24 09:02:34

Qiymətli vaxtlarını sərf edib yazımı oxuyan bütün oxuculara, xüsusən, Mirzə AĞ qardaşıma təşəkkür edirəm. Mənim üçün maraqlıdır ki, dəyərli Elçibəyi saxta ayamalar, uydurma niklər, feyk profillərlə cəsarətsizlikdə ittiham edib tənqid atəşinə tutan Məchulə xanımlar və İsmi Pünhan bəylər öz gerçək ad və soyadlarıyla yazmağa nədən çəkinmişlər?

Cavanşir 2019-06-24 09:02:34

Azərbycan 1969-cu ildən H.Əliyevin rəhbərliyi və təsiri altında olduğunu danmaq yalan olar.Elçibəyi də azad fikirlərinə görə həbs etdilər , həbsxanada onu hazırlayıb azadlığa buraxdılar.əAzadlığa çıxdqdan sonra isə o həmişə onu tapşıılanlardan kənara çıxmayıb.Elmlər Akademiyası onların siyasət yuvası olub.Hətta 1989-cu ildən başlayaraq bütün proqram orada cecə yığıncaqlarında hazırlanıb.Bu yığıncaqlarda Etibar,Pənah və digərləri daimi üzvlərr olub.,

Arif 2019-06-24 09:02:34

edirəm ki bizə milliliyilə qardaş olan Türkiyə dinliyilə qardaş olan İran qərbin Qafqazda nə etdiyini bilə-bilə bizim muxalifəti və iqtidarı bir yerə toplayıb bu çirkin oyundan çıxartmadılar əksinə qərbin edə bilməyəcəklərini onlar etdilərki təki SSR-i parçalansın onların iqtisadiyyəti güclənsin bunu onlara qərb söz vermişdi onlarda var dövlət olan yerdə qardaş nəyə lazım prinsipi ilə muxalifəti görəndə muxalifətə iqtidarı görəndə iqtidara güya dəstək olurdular artıq daxildəkiləri bilirik xaricidə bilmək la

Arif 2019-06-24 09:02:34

aldadılmış müxalifətə söz vermişdilər hakimiyyətdən sonra Qarabağ münaqişəsini həll edərik deyəsən qərblə yanaşı ruslar da söz vermişdi amma bildiyimiz kimi artıq rusları aldatmaq gec idi bunun üçündə hakimiyətə gələn muxalifətin arxasındakı quvələri aldadaraq nəinki muxtar Qarabağı ona bitişik beş rayonuda işğal edərək ermənilərə verdi bunu niyə etdi qorxduki birdən Azərbaycan muxtariyyətlə barışa bilər amma beş rayon tam qarantiyadırki gələcəkdə NATO-nu yerləşdirmək mümkün olmasın.Burda mən təssüf ardı

Arif 2019-06-24 09:02:34

hakimiyətə gələn kimi Qarabağı sizə qaytaracağıq əslində isə ruslar vaxt qazanmaq qərbin planlarını öyrənmək üçün bunları edirdi artıq şərqi Avropadan nəticə çıxarmağı bacaran ruslar Qafqazda nə baş verdiyini gözəl anladılar bilirdilərki cənubi Qafqazda üç respublikadan heç birini salamat saxlamaq olmaz gələcəkdə NATO-nu yerləşdirə bilərlər bir sözlə SSR-ini Qafqazdan parçalanması qərbin yanlış adımı idi heç olmasa millətçiliklə parçalamamalı idi çünki nəticədə bu rusların xeyrinə oldu qayıdaq ardı

Arif 2019-06-24 09:02:34

istəyirdi buda artıq gec idi müxalifət idarə olunurdu bu idarə olunmada qərb üçündə rus üçündə sərfəli idi artıq ruslar məsələdən agah idilər amma qərbin qarşısında aciz idilər bunun üçündə gələcəyə hesablanan bu prablemdə ruslar gizlində müxalifətə dəstək olurdular iqtidardakılar hələdə Vəzirov kimi sadəlöv düşüncə ilə hərəkət edirdilər başı bəlalı müxalifət isə xalqı inandırmaqla hakimiyyətə gəlməyə can atırdı bəlkədə müxalifəti idarə edənləridə aldatmışdılar bu 100%-iz belə olar belədə oldu yəni ardı

Arif 2019-06-24 09:02:34

Biz mütləq aldanılmalıidik bu mümkün deyildiki bizim kimi sadə millət dünyanı idarə edən güclər qarşısında tab gətirə bilməzdi Vəzirov və ermənistanın rəhbərliyi cəhd göstərdilər(yalnız ssr-nin qalması üçün)sonradan ermənistan müxalifətində hakimiyətinidə qərb inanandıra bildiki bu sizin xeyrinizədir vəzirov isə hələdə sadəlöv insan kimi ermənilərə ruslara inanırdı hadisələrin ziddiyətli vaxtında ruslar nə edəcəylərini bilmirdi Azərbaycanda isə bu məsələlərin gedişatını bilən ziyallılar nəsə xalqa demək ard

dadaşyev 2019-06-24 09:02:34

davamı;və də dünyada ədaləti atası bərpa etməyi bacarmadısa o necə bərpa edəcəkdi?Axı atası ilk və böyük imamdır deyirlər.Atasından üstün imamlığı varmı yoxsa?Ona görə də dövlət başçıları üçün "qoymadılar işləməyə" sözü heç doğru deyil.Çünki cavab budur ki,elə eliyəydi ki,qoyaydılar.Yox əgər elə eliyə bilmədisə ki,qoysunlar,demək o iş onluq deyil,istefa verməlidi.Qaçmalıdı yox haa,istefa verməlidi ki,bu iş mənlik deyil qardaş.

dadaşyev 2019-06-24 09:02:34

davamı;hərçənd Etibar son dərəcə müəmmalıdı mənim üçün,amma ədalət naminə deyim ki,sevilən yalnız Etibar idi.Hətta bir dəfə Elçibəy danışmaq istəyəndə camaat bağırmışdı "Etibar,Etibar",Elçibəy də etiraf etmişdi ki,"bilirəm,siz Etibarı çox sevirsiniz" deyə mikrofonu təkrar ona verməyə məcbur olmuşdu.İnanmırsınızsa o mitinqlərin videosuna baxın.Evdə analar oğullarına Etibarı örnək göstərirdilər ki,oğul belə olar.Sadəcə,AXC-nin sədri Elçibəy idi deyə 92 seçimlərində AXC qalib gələndə Elçibəy prezident oldu.

dadaşyev 2019-06-24 09:02:34

Tənqidi fikir deyən kimi bunu bütləşdirənlər o saat deyirlər "yoox,o çox yaxşı adam olub".A balam,bir insan kimi yaxşı olub,saf,təmiz olub,hamıya "a bəy,ay xanım" deyib yumşaqca.Bilirik.Amma bir dövlət xadimi kimi necə olub?Bacarıbmı işini?Onda da deyirlər "qoymadılar daa işləsin".A balam,qoyub-qoymamaq onun işiydi də.Dövlət başçısı deyildimi?Niyə qoydu ki qoymasınlar?Qoymayaydı da qoymamağa.Heydər Əliyev də həmin o günlərdə həmin bu Azərbaycana gəlib dövlətin başında oturmadımı?Düzəltdi axı hər şeyi.

dadaşyev 2019-06-24 09:02:34

davamı;Əgər həzrət Əli 5 illik xəlifəliyinin sonunda xəncərlə vurulub öldürülürsə demək ənazı xəlifənin cangüdənləri öz işlərini layiqincə yerinə yetirəmməyiblər.Sonra oğlu imam Hüseyn Mədinədən Kufəyə gəlir ki,kufəlilər ona dəstək versinlər,xəlifə taxtında otursun Yezidi devirərək.Amma Kərbəla çölündə şəhid edilir.Hər il o günü matəm eliyib hönkür-hönkür ağlayır şiələr,qoymadılar dünyada ədaləti bərpa eləsin deyə.A balam,dünyadakı haqsızları qorumaq istəyən əvvəl özünü qoruya bilməlidi.

dadaşyev 2019-06-24 09:02:34

91-in oktyabrında vertolyot qəzasından sonra AXC hakimiyyətə gəlməliydi.Millətin saf oğulları getdi o qəzada.Amma Mütəllibov o vaxt hələ güclü idi.4 ay sonra erməni-rus birlikləri Xocalı faciəsini törətdi..... Çingiz Mustafayevi dinləyin.

ayrım 2019-06-24 09:02:34

Elcibəy hakimiyyətnin ən qudrətli sütünlarından birinin, prezident qvardiyasının komandanı Türkiyə dövlətinin ən yuksək mukafatının layiq olduğu və nəhayət Elcibəyin tərksilah əmrinə əməl edəndən sonra Gənçənin cixacağında Sürət Hüseynovun qiyamci hərbi dəstəsi tərəfindən güllənənən polkovnik və əslən Gədəbəy rayonundan olan Tahir Məmmədovun qəbrini bir dəfə belə ziyarət etməyən Əbülfəz Qədirquu oğlu Əliyevə də rəhmət olsun...

yalçın 2019-06-24 09:02:34

burada yaman çox kremlebot və sair trollar peyda olub..bizdə onları bəsləyəm kimdir, bunu araşdırıb yazın..

Soltan 2019-06-24 09:02:34

Dünya tarixində Ə.Əliyevin törətdiyi kimi rüsvayçı bir hal olmayıb. Bəyə, prezidentə axşam xəbər çatdırıblar ki, gecə Sizə qarşı sui qəs olacaq. Ölkənin prezidenti, Ali Baş komandan, 10-ca gün əvvəl 07 iyun 1993-cü ildəki çıxışında:"...Bu yolda sonacan mübarizə aparacam. Bir başım var, onu da qurban verməyə hazıram..." deyən Ali Baş komandan yüz minlərlə mənim kimi Rus tankının qabağına çıxan və təsadüfən sağ qalan, heç bir təmənna ummadan onun prezident seçilməsi yolunda xeyli əmək qoymuş silahdaşlarını, tərəfdaşlarını başsız qoyub, lakin öz başını salamat götürüb qaçır, Bakını tərk edir! Rüsvayçıliq! Bəy,Siz özünüzü qoruya bilmirdinizsə, bəz ölkəni necə qoruyacaqdın? Xalqı allada-allada, xalqı qızışdırıb mitinqlərə çıxarda-çıxarda, döydürə-döydürə 1997-ci ildə nəhayət ki, Bəy Bakıya qayıdır. Sual olunur niyə məhz 1997-ci ildə?! Baho Bəy qayıtdı nə qayıtdı! Gəlib aranı elə qarışdırdı, dedi ki, Sem dayı belə məsləhət görür… Xalq birdəfəlik ümüdünü, inamını itirdi... Bəy yenidən prezident olmaq istədi...Bəy, dərk etmədin, anlamadın ki, bu iş Siz baçaran iş deyil? 1993-cü ildə Sizi müdafiəyə cəmisi 200-300 adam gəlmişdi. Mən də onların arasında idim.Gah deyir mən prezident olmaq istəmirdim, prezindent olur, sonra qaçıb gedir, 3 il sonra gəlir deyir:"...Mən prezident olmamışam ki...İdi təzədən olacam..."

Türkoğlu 2019-06-24 09:02:34

Yaşayarıq, görərik, təbii ki !!! Eyni zamanda, təsəvvür edə bilmirəm ki, əgər bu, geosiyasi səviyyədə müəyyənləşən göstəriş/təzyiq deyilsə, nə cür reallaşdırıla bilər.... regional/mikro səviyyədə “c” hərfi - böyük, ”r” hərfi isə - kiçik yazılanda, vergül durğu işarəsindən sonra “burdan” yer zərfliyinin istifadəsinə nə mane ola bilər?

Azərbaycan vətəndaşı 2019-06-24 09:02:34

Ə.Əliyev SSRİ DTK-nin süzgəcndən keçərək Misirdə tərcüməçi işləyib. Onu çox da ilahiləşdirmək lazım deyil.Birdə ki,Salvador Alyende əlində silah döyüşüb həlak oldu.Ə.Əliyev isə hakimiyyəti təhfil verib öz kəndinə qayıtdı.Mən yüz faiz əminəm ki,Ə.Əliyev rəhbərlik etdiyi qaragüruh olmasaydı bu gün Qarabağ və itirilmiş ərazilər bizim əlimizdə idi.Laçını təhvil verib Bakıda hakimiyyətə gəldilər.Tarixən böyük hakimdir.Hər şeyun qiymətini verəcək.

Türk 2019-06-24 09:02:34

Məhbəsdə ona qaşın üstə gözün var deyən olmamışdı,əksinə--------

Али 2019-06-24 09:02:34

3. Bircə onun "biz Qarabağı Təbrizdən keçməklə azad edəcəyik" şüarı ermənistan-iran arasəında sarsılmaz ittifaqın təməlin qoydu. Müəllifin "elçibəy sevgisi" Rüstəm Behrudinin "Hacıbala" sevqisindən də naqis və ictimai baxımdan daha ziyanlı bir sevvgidir. Sevirsənsə sev, ancaq bu uğursuz sevgini millətə sırıma

Али 2019-06-24 09:02:34

2. mamonta 5-10 mizraq atırlar. Bu dəm mamont ölür. Qəbilə başçısı zəfər rəqsi oynyıb qışqırır. "Biz mamonta qalib gəldik!!" milləti şuppi-muppi qəbiləsinin yerinə qoymayın! Müdrik rəhbər millləti enerjisini labüd olacaq prosesə sərf etməyə qoymazdı, Onun əvəzinə normal komanda formalaşdırardı.Yoxsa söyləməzdi ki, "iskəndər mənim sözümə baxmır" "Rəhim məni eşitmir". Sözü eşidfilməyən adamdan ölkə başçısı olarmı? Elçibəyin Azərbaycana rəhbərlik etməsi Azərbaycanı saysız bəlalara düçar etmiş bir faciə idi.

yusif 2019-06-24 09:02:34

ay qardaslar dovleti cetin veziyyetde qoyub qacani idealasdirmayin- eger o imkan verseydi isa qemberle eli kerimli demokratik azerbaycani qoruyub saxlayacaqdilar. xalq usaq deyil ki aldadirsiniz.

Али 2019-06-24 09:02:34

1. Kim deyir ki, məhz onun mübarizəsi nəticəsində Azərbaycan SSRİ-dən azad oldu-o ... Çünki SSRİ-nin dağıdılması dünya ABŞ başda olmaqla dünya imoerializmin uzun illər ərzində çarpışdığı bir hədəf idi. ABŞ Yako9vlev vasitəsi ilə Qorbaçovu ələ almışdı və o da planauyğun şəkildə sovet quruluşunu dağıtmaqla məşğul idi. Bu bilirsiniz nəyə bənzəyir? Mamont qayadan düşüb bərk əzilir və ölümcül yaralanır. Şuppi-muppi qəbiləsinin başçısı isə 5-10 nəfəri götürüb"mamontun üstünə gedir"

EJDER 2019-06-24 09:02:34

BALI .O.QAMBAY MAMEDOV YAMAN QAMBAY IDI.CAQQA CUQQI ELEYIRDI.ONUN QARDAWIDA VARDI,,SEXOVIK,,O,DA CAQQA CUCQU DA QAMBAYDAN DALA QALMIRDI...BALI

azər 2019-06-24 09:02:34

KQB generalının şəklini başı üstündə asan adam sındırılmamış sayıla bilər,hörmətli müəllif?

t.ədalət 2019-06-24 09:02:34

Əbülfəz Əliyev milli-azadlıq hərəkatına qoşulmuş digər milyonlardan biri idi.O, nə dövlət quruluşuna,nə də hərəkatın mübarizə formasına heç nə gətirmədi.Sadəcə olaraq,dağılmış SSRİ-nin yerində yeni kurs götürən respublikalardan biri olan Azərbaycanda hakimiyyətə gətirildi.Təəssüf ki ,o,nəinki ona verilmiş hakimiyyəti qoruya bildi,hakimiyyəti Heydər Əliyevə ötürməklə çox mağmun hala düşdü.Yaxşı ki Heydər Əliyev var idi.Yoxsa, müharibə aparan bir dövlətin nələrə düçar olacağını təsəvvür etmək çətin deyil..

dadaşyev 2019-06-24 09:02:34

davamı;Sən bu arxiv məsələsinə niyə aldandın?Bilmədinmi iki dünya bir olsa.göydə Ay-Günəş mayallaq aşsa da bizdə arxivlər açılmaz?Digər Sovet respublikalarının hamısında açıldı,Burkina-Fasoda,Trinidad-Tobaqoda da açılar arxivlər,yalnız və yalnız bizdə açılmaz.Açıldımı?Bir də ki,sən niyə qorxmalıydın arxivlərin açılmasından?Sən axı təmizsən,safsan.Sən axı böyüksən,sən axı Kamilovsan.

dadaşyev 2019-06-24 09:02:34

Ad günün mübarək,Bəy.Sən Azərbaycanın son dövr tarixində böyük və faciəli şəxsiyyətsən.Böyüksən ona görə ki,müstəqil Azərbaycanın ilk prezidentisən,rus qoşunlarının bizdə 200 illik mövcudluğuna son qoymusan,bayrağı,himni,gerbi və milli pulu təsdiq etmisən.Bu danılmazdır,istəsək də istəməsək də bu faktdır.Faciəlisən ona görə ki,inandıqların sonunda səni tək qoydular deyə qaçmağa məcbur oldun.Kaş ki qaçmayaydın.İyunun 17-də Etibara baş nazirlik təklif etdin, gecəylə qaçdın.Arxivlər açılar deyəmi qorxdun?

Murzə AĞ 2019-06-24 09:02:34

Sağ ol, qardaş, öpdüm səni!!!!

Türk 2019-06-24 09:02:34

Tarix çox şeyləri açacaq?????????

zakir 2019-06-24 09:02:34

amma o xalqi sindirdi

Son yazılar