Avtomobillərin icbari sığorta məbləği artırıla bilər - RƏSMİ

Avtomobil sahiblərinin mülkü məsuliyyətinin icbari sığorta məbləği artırıla bilər.8 il öncə qəbul edilən qanuna görə, bu məbləğ 5 min manat olsa da, dolların bahalaşmasından və ölkənin avtomobil parkında mənzərənin dəyişməsindən sonra bu məbləğ yetərincə hesab olunmur.

O baxımdan da həmin məbləğin artırılmasına baxıla bilər.

Bu barədə musavat.com-a açıqlama verən İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov bildirib. O qeyd edib ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əlaqədar maksimum həcmi 5 min manatdır. Ancaq bu tarif 8 il əvvəl müəyyənləşdirilib. Hazırda ölkədə bahalı xarici avtomobillər çoxalıb. 8 il əvvəl 5 min manat da xarici valyuta ifadəsində daha böyük rəqəmlə ifadə olunurdu.

Ona görə də avtomobilə dəyən ziyanla bağlı maksimum 5 min manat tarifinə yenidən baxılması üzərində iş aparırıq. Bu istiqamətdə araşdırmalar aparılır və bu ayın sonunda mütəxəssislər məsələ ilə bağlı təkliflərini ortaya qoyacaqlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar