Moskvada Azərbaycan və Rusiyanın baş prokurorları arasında görüş keçirilir

Moskvada Azərbaycanın Baş prokroru Zakir Qaralovla Rusiyanın Baş prokuroru Yuri Çayka arasında görüş keçirilir.

"Report"un Rusiya bürosunun məlumatına görə, Rusiya Baş Prokrorluğunda baş tutan görüşdə iki ölkənin prokurorluqları arasında qarşılıqlı əlaqələr əsas müzakirə mövzusu olacaq.

Görüş zamanı ikitərəfli münasibətlərin digər aktual məsələlərinə də toxunulacaq.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar