Qazaxıstanda silah-sursat anbarında partlayış baş verib - Bir şəhərin əhalisi təxliyə edilir + VİDEO

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında partlayış baş verib.  “Report” “Sputnik Kazaxıstan”a istinadən bildirir ki, iyunun 24-də səhər saatlarında meydana gələn hadisə ilə əlaqədar şəhər əhalisi təxliyə edilib.

Hərbi hissə yaşayış binalarına yaxın ərazidə yerləşir. Hərbi hissədən yayılan partlayış səsləri sakinlər arasında vahimə yaradıb.

Qazaxıstanın cənubunda yerləşən Arıs şəhərinin 43 minə yaxın əhalisi var. Türküstan vilayətində 15 təxliyə məntəqəsi fəaliyyət göstərir. Hadisə yerinə fövqəladə hallar qurumunun 52 əməkdaşı, 12 yanğınsöndürən avtomobili cəlb edilib. Bundan başqa 4 texnika, 23 nəfərdən ibarət kinoloq heyəti hadisə yerində fəaliyyət göstərir.

Türküstan vilayətinin başçısı Umirzak Şukeyevin başçılığı altında komissiya yaradılıb. Partlayışın səbəbi araşdırılır.

Qazaxıstanda hərbi hissənin silah-sursat anbarında baş verən partlayış nəticəsində xəsarət alan 10 nəfər Arıs şəhər xəstəxanasına yerləşdirilib. Yaralıların 3-nün vəziyyəti ağırdır.

Məlumata görə, indiyə qədər 34 nəfər həkimə müraciət edib. Hazırda Arıs sakinləri şəhərdən tamamilə təxliyə olunur.

Mətndə or

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar