Artur Rasizadə də son təyinatları şərh etdi -  "Bu təyinatlar sıradan deyil..."

"Cənab Prezidentin son təyinatlarını çox yüksək qiymətləndirirəm. Çünki təyin olunan şəxslər həmişə işlərinin öhdəsindən layiqincə gəlməyi bacarıblar”. Bunu Modern.az saytına açıqlamasında eks-Baş nazir Artur Rasizadə Prezident İlham Əliyev 20 iyunda imzaladığı sərəncamlar və nazir təyinatları ilə bağlı danışarkən deyib.

Keçmiş Baş nazirin sözlərinə görə, nazir postlarına təyin olunan şəxslər öz sahələri üzrə çox peşəkardırlar: "Əli Nağıyev çox professional zabitdir. Mədət Quliyev və Ramil Usubov təhlükəsizlik sahəsində çox işlər görüblər. Hesab edirəm ki, bu təyinatlar düzgün atılan addımların nəticəsidir. Xaraktercə elə insanam ki, nəyi düşünürəmsə, onu da deyirəm. Təbii, təyinatlarla bağlı hər kəsin öz fikri var. Razı, ya da narazı fikirlər səsləndirənlər də ola bilər. Ancaq konkret olaraq bu təyinatlar sıradan deyil. Çünki müxtəlif qurumlara təyin olunan bu şəxslər çoxdandır ki, öz sahələrində peşəkar kimi tanınırlar. Hesab edirəm ki, cənab Prezident tərəfindən atılan bu addımlar sabitliyin davamıdır”.

635x100

Şərhlər

dadaşyev 2019-06-24 13:32:19

O düzdürmü ki,deyirlər bu kişi uzun onilliklər ərzində bizim baş nazirimiz olub?Bir-iki dəfə görmüşdüm televiziyada,bir dəfə 11 il qabaq,bir dəfə də 7 il,nə bilim vallah,yaman oxşayır.Bəlkə də odu,imanımı yandıra bilmərəm.Amma adam adama bu qədər bənzərmi yəni?

Bashirov Qarib 2019-06-24 13:32:19

Maşallah olsun keçmiş baş nazirimizə. Nə gözəl cumlələr qurur- məntiqli ardıcıl və dəyərli.Ana dilimizi də nə mukəmməl bilir.Lap insan fəxr etmək istəyir.

Bəyalı Oruclu 2019-06-24 13:32:19

Cənab keçmiş baş nazir bəlkə Sovetdən qalmış Qafqazın ən böyük sənaye ölkəsin viran qoyanlardan yazasınız.Bu gün Belarusiyada Sovetdən qalan zavodların hesabına firavan yaşayır nefti-qazı olmasada.Bəs bizim zavodları kim məhv etdi? Ağdamdakın,Laçındakın haylar məhv etdi bu məlumdur,Bakıda Gəncədə hay ki yoxdur,bu boyük sənaye necə oldu,ilərlə yetişmiş ustalar,mühəndislər işdən kənarlaşdırıldı?Axı bir ustanın,mühəndisin yetişməsi üçü 25il lazındır.Hanı H.Əliyevin təməlin qoyduğu Kondisaner z BTSZ,Bak MİL,Le

Son yazılar