Britaniya kraliçası saraydan «qaçıb» - Gəmiricilərin hücumuna görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın kraliçası İkinci Yelizaveta siçovulların hücumu səbəbilə, Bukinhem sarayını tərk elib.

«The Sun» nəşrinin xəbərinə görə, kraliça bu olaydan «dəhşətə gəlib».

Siçovullar xüsusilə mətbəxdə görünüblər. Nəşrin yazdığına görə, bünövrəsi 1703-cü ildə qoyulmuş saraya ziyanvericilərlə mübarizə işləri üzrə mütəxəssislər dəvət olunub. Saray personalına instruktaj keçilib və siçovulların çoxalmasının qarşısını almağın yolları izah olunub - şkafların qapıları mütləq bağlanmalı və çorək (ərzaq) qırıntıları yığılmalıdır.

Nəşr bildirir ki, gəmiricilər London şəhərinin böyük problemidir. Bu, əsasən köhnə tikililər üçün xarakterikdir.

Bütün bunlar öz yerində... amma «qaçış»ın izahı xeyli primitiv görünür. Güman ki, sayada yeni «məxfi-texniki» işlər görüləcək...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar