BMT ərzaq təşkilatına Çin nümayəndəsi rəhbərlik edəcək - İlk dəfə

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) yeni, 9-cu rəhbəri vəzifəsinə Çin Xalq Respublikasının (ÇXR) nümayəndəsi Tsyuy Dunyuy seçilib. Bu barədə təşkilatın saytında xəbər verilir.

Xəbərə görə, seçkilər FAO-nun 41-ci konfransında keçirilib. Dyunyuyun namizədliyinə 191 iştirakçıdan 108-i «hə» deyib.

Qeyd edilir ki, çinli nümayəndə bu postda öz vəzifəsinin icrasına 2019-cu il avqustun əvvəlindən başlayacaq. Bundan əvvəl təşkilata Baraziliya, Seneqal, Livan, Hollandiya, Hindistan, ABŞ və Britaniya nümayəndələri rəhbərlik edib.

Hazırkı halda Tsyuy Dunyuy ÇXR kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar