“Dədə Qorqud Qazaxıstanla Azərbaycanı birləşdirir...” - Fotolar

Qazaxıstanlı ictimai xadim xalqlarımızın qardaşlığından yazdı

Azərbaycan-Qazaxıstan Dostluğu İctimai Təşkilatının vitse-prezidenti, qazaxıstanlı ictimai xadim Nəsihə Kenjina “AzPolitika.info”ya göndərdiyi yazıda ölkələrimiz və xalqlarımız arasındakı tarixi bağlardan və bizləri birləşdirən dəyərlərdən söhbət açıb.

Xanım Nəsihə Kenjina bildirir ki, “Dədə Qorqud” Fondunun prezidenti və “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılovun fəaliyyəti Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin daha da yaxınlaşmasında xüsusi rol oynayır. Qazaxıstanlı xanım qeyd edir ki, “Dədə Qorqud” Fondunun və “Azərbaycan Dünyası” jurnalının 20 ili tamam olur: “Bu 20 ildə bütün türk xalqlarının birliyi istiqamətində o qədər faydalı iş görülüb ki, bunu bir neçə sözlə ifadə etmək mümkün deyil. Və bütün bu işlərdə Eldar İsmayılovun xüsusi xidməti var.”

“Dədə Qorqud Qazaxıstanla Azərbaycanı birləşdirir” deyə bildirən qazaxıstanlı ictimai xadimın yazısında qeyd olunur ki, fondun və jurnalın 20 illiyi münasibətilə Qazaxıstanda təntənəli tədbir keçirilib. Və bu tədbirdə Qazaxıstanda nüfuza və hörmətə malik şəxslər mükafatlandırılıb. Onların sırasında “Nur Oyl Treyd” şirkətinin direktoru Mehdi Məmmədov da var. N.Kenjina bildirir ki, M.Məmmədov Sovet dövründə repressiya olunaraq, Qazaxıstana sürgün edilmiş azərbaycanlılardan bəhs edən 18000 nüsxə kitabın dərc olunmasında və paylanmasında xüsusi rol oynayıb.

Sonda adıçəkilən fondu və jurnalı, eləcə də onlara rəhbərlik edən E.İsmayılovu 20 illik yubileylə bağlı təbrik edən N.Kenjina onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar