Rusiya Qafqaz qoşunlarına döyüş hazırlığı əmri verdi

Dərc olunub: 24/06/2019 - 20:12

289250_res_01Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsindəki hərbi hissələrin döyüş hazırlığının yoxlanılmasına başlanılıb.Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

O, bununla əlaqədar olaraq Mərkəzi Hərbi Dairəsinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini bildirib.

S.Şoyqu hərbi dairənin Rusiya Prezidenti Vladimir Putinin əmriylə yoxlanılmağa başlandığını deyib.

Rusiyanın Cənub və Şərq Hərbi dairələrinin hərbi hissələrinin bir qismi də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, Cənub Hərbi Dairəsi Şimali Qafqaz, Krım, Cənubi Osetiya, Abxaziya, Ermənistan, Xəzər və Qara dənizdə qüvvələrə malikdir.










loading...


Fikrinizi bildirin