“Minsk-2019″: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Dərc olunub: 24/06/2019 - 22:20

bded6051-c1d2-4922-8b79-871c7764b7a3Azərbaycan boksçusu Lorenso Sotomayor “Minsk 2019″ II Avropa Oyunlarında 1/4 finala yüksəlib.

“Report”un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, 69 kq çəki dərəcəsində yer alan kubalı legioner 1/8 finalda Bosniya və Herseqovina təmsilçisi Adem Ferhadoviçə qalib gəlib – 4:1.

Sotomayor növbəti mərhələdə Patriot Behrami (Kosovo) – Vinçentso Manqiaçapre (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. 1/4 final döyüşü iyunun 26-da baş tutacaq.

Lorenso Sotomayor Avropa Oyunlarında mübarizəni davam etdirən 4-cü boksçudur. Ondan başqa, Rüfət Hüseynov (49 kq), Cavid Çələbiyev (60 kq) və Alfonso Dominges (81 kq) də “Minsk 2019″da məğlubiyyətsiz irəliləyir.










loading...


Fikrinizi bildirin