Türkiyədə daha 32 hərbçi saxlanılıb

Dərc olunub: 24/06/2019 - 22:52

289232_res_01Ankarada FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində daha 32 hərbçi saxlanılıb.

Saxlanılanların ayrı-ayrı hərbi strukturların əməkdaşları olduğu bildirilir.

Araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Trend xatırladır ki, son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.

Qeyd edək ki, Fətullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.










loading...


Fikrinizi bildirin