VÖEN itirildikdə yenisi 2 günə verilir – Vergilər orqanı tərəfindən

Dərc olunub: 25/06/2019 - 00:14

voenVergiödəyicisinin uçota alınmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 2 iş gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Qeyd edilən sənədin nüsxəsinin verilməsi üçün ərizə elektron qaydada vergi orqanına təqdim edilə bilər. Xidmət ödənişsizdir.

VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün şəxsin özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

Qeyd edilən sənədlər təqdim edildikdən sonra 1 gün müddətində qapalı zərfdə həmin şəxsə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim ediləcək.








loading...


Fikrinizi bildirin