Zabratda kişi laqondayla özünə xəsarət yetirib

Dərc olunub: 25/06/2019 - 00:08

d8aa12ce-e26f-49d8-98cc-06e2f3fc556bBakının Sabunçu rayonunun Zabrat qəsəbəsində xəsarətlə nəticələnən hadisə baş verib. “Report”un məlumatına görə, 1973-cü il təvəllüdlü Bayramov Bayram evdə laqonda işləyərkən ehtiyatsızlıqdan özünə xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş yarası diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.










loading...


Fikrinizi bildirin