“Neftçi”nin Avropa Liqasındakı oyununun vaxtı açıqlanıb

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Speranta” – "Neftçi” oyununun başlama saatı açıqlanıb.APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubunun Moldova təmsilçisi ilə iyulun 11-də baş tutacaq görüşünün başlama saatı dəqiqləşib.

Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Matç "Zimbru” stadionunda oynanılacaq.

Qeyd edək ki, cavab matçı iyulun 18-də "Bakcell Arena”da olacaq.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar