Azərbaycan Rusiyanın Avropa Şurasına qayıtmasına səs verəcək?

Dərc olunub: 25/06/2019 - 00:18

aspaBu gün Strasburqda AŞPA-nın yay sessiyası açılıb. Sessiyanın əsas mövzularından biri Rusiyanın bu təşkilata qayıtmasıdır.

Ukrayna nümayəndə heyəti üzvlərinin verdiyi məlumata görə, bir sıra ölkələr Rusiyanın qayıtmasını dəstəkləməyə hazırdır, bəziləri isə yox. Ukrayna nümayəndə heyətinin üzvü Leonod Yemetsin dediyinə görə, Assambleyanın reqlament komitəsinin iclasında Rusiyanın “lehinə” Fransa, Almaniya, İtaliya, İslandiya, San-Marino, Türkiyə, Niderland, İsveçrə, Norveç, Monako çıxış edir.

Rusiyanın “əleyhinə” Ukrayna, Böyük Britaniya, Polşa, Gürcüstan, Litva çıxış edir.

Bundan əvvəl AŞPA-da Rusiyanın əleyhinə çıxış edən nümayəndələr indi mövqelərini dəyişdiriblər. Vəziyyətin çətin olmasına baxmayaraq, “Rusiya revanşına qarşı bir neçə addımımız var”, deyə Yemets Facebook səhifəsində yazır.

Avropa Şurasının öz mahiyyətini, bu beynəlxalq təşkilatın yaranma qayəsi olan prinsip və dəyərləri necə məhv etdiyini izləmək kədər doğurur. Bir halda ki, bu prinsiplər puldan daha əhəmiyyətli olmalıdır”, deyə Ukraynalı deputat qeyd edib.

Bu vəziyyətdə Azərbaycan nümayəndə heyəti də çətin seçim etməlidir. Bakı, çətin ki, Moskvaya qarşı çıxsın, amma Ukraynanın ərazi bütövlüyünün pozulmasını qəbul etmək də real deyil.

Xatırladaq ki, 2014-cü ilin aprelində AŞPA Krımın ilhaqı ilə əlaqəda Rusiya nümayəndə heyətini səs hüququndan məhrum edib və onun nümayəndələrini Assambleyanın bütün rəhbər orqanlarından çıxarıb. (Turan)










loading...


Fikrinizi bildirin