Amerika kubokunda 1/4 final cütləri müəyyənləşib


Baxiş sayı:
92
Dərc olunub:
25/06/2019 - 09:21
Braziliyada keçirilən Amerika kubokunda qrup mərhələsinə yekun vurulub.
APA-nın məlumatına görə, C qrupunun iki oyunundan sonra 1/4 finalçıların tam siyahısı dəqiqləşib.
Uruqvay Çili üzərində qələbə ilə qrup qalibi kimi mərhələni adlayıb. Son çempion isə ikinci olub. Ekvadorla heç-heçə edən Yaponiya qrupda üçüncü olub. Nəticədə C qrupunda 3-cü olan Paraqvay da 1/4 finala yüksəlib.
İyunun 27-də start götürəcək 1/4 finalın ilk oyununda Braziliya və Paraqvay üz-üzə gələcək. Ertəsi gün Venesuela – Argentina, Kolumbiya – Çili, ayın 29-da Uruqvay – Peru matçları baş tutacaq.
Amerika kuboku
III tur, C qrupu
24 iyun
Çili – Uruqvay – 0:1
Kavani, 82
Ekvador – Yaponiya – 1:1
Mena, 35 – Nakajima, 15
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.