Prezident Sənubər İsgəndərliyə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Əməkdar artist, Prezident mükafatçısı Sənubər İsgəndərliyə mənzil hədiyyə edib.

"Report" xəbər verir ki, bunu Əməkdar artistin özü bildirib.

O, dövlət başçısı minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

"Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarligimi bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qaygi,bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdiginiza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanimizi qorusun!"

Şərhlər

dadaşyev 2019-06-25 10:59:38

Bu xanıma halaldı.Yoxsa Afət Fərmanqızı o boyda Nəsiminin ilahi qəzəlini hind mahnısına soxuşdurub "rakkada-çıka,çıkada çıka" eliyə-eliyə,güləndamını silkələyə-silkələyə oxudu,birisi ona Galendevagen bağışladı 200000-lik.Nəsimidən yazanlara 20 manat vermirlər,rakada-çıkadaya 200000 səpələyirlər.Ona görə o ağır temaya girişən yoxdu.Tək bircə böyük həcmli yazı oxudum Nəsimi haqqında,Liseedebiyat.com saytında.Mirza Hacıyev adlı biri yazıb,o qədər ləzzət verdi ki,kitabını da aldım.Amma tanıyırıqmı kimdir o?

yalçın 2019-06-25 10:59:38

niyə müəllimlərə, həkimlərə. alimlərə, mühəndislərə, fəhlələrə yox. yalnız artistlərə və jurnalistlərə?..bu çox ziyanlı sovet ənənəsinə qəti son qoyulmalıdır..

Son yazılar