"Azərbaycan florasının 10 faizə qədəri itmək üzrədir" - İnstitut direktoru

"Azərbaycan florasının 10 faizə qədəri itmək üzrədir".

APA xəbər verir ki, bunu "Qlobal Ərzaq Təhlükəsizliyi Bitki Genetik Ehtiyatların rolu" mövzusunda keçirilən seminarda AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov deyib.

O bildirib ki, qlobal ekoloji dəyişikliklər, antropogen amillərin təsiri nəticəsində genetik erroziya güclənib və bioloji müxtəliflik təhlükəyə məruz qalıb: "Azərbaycan bir çox bitki növlərinin ilkin əmələgəlmə və mədəniləşdirmə mərkəzlərindəndir. Təbii formada 5 minə yaxın ali bitki növü mövcuddur. Floranın 40 faizdən çoxu mədəni bitkilərin əcdad və sələfləridir. 5 faiz isə mədəni şəkildə becərilir. Milli Genbankda və genefond bağlarında 405 cinsə, 1121 növə aid 14 min nümunə, o cümlədən mədəni bitkilərin yabani əcdadlarınaaid 2150 dən çox, xalq seleksiyası sort və formalarına aid 2400 qiymətli nümunə yerli və beynəlxalq ekspedisiyalar, elmi mübadilə yolu ilə toplanaraq bərpa və mühafizə edilir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar