İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində ittiham olunan Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror S.Əmiraslanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən Əmiraslanova son sözündə əməlindən peşman olduğunu, övladlarını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edib.

Hakimlər kollegiyasının hökmünə əsasən Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.

Qeyd edək ki, Səidə Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoyub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar