Sabiq prezidentin toxunulmazlığı ləğv edilib

Dərc olunub: 25/06/2019 - 12:20

d5201424-1820-4f1c-9b3e-c69864ceed1bQırğızıstan Baş Prokurorluğu parlamentin deputatlarının sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğv edilməsi təklifini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında respublikanın baş prokuroru Otkurbek Cəmşidov məlumat verib.

O bildirib ki, Baş Prokurorluğun Atambayevin toxunulmazlıqdan məhrum edilməsi barədə təqdimatı parlamentə göndərilib.

Baş prokurorun sözlərinə görə, keçmiş dövlət başçısının torpaqların ərazilərinin profillərinin dəyişdirilməsində, Bişkek İES-in yenidənqurma prosesində baş verən korrupsiyada, kriminal avtoritet Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qeyri-qanuni şəkildə sərbəst buraxılmasında, həmçinin paytaxtdakı İES-ə kömürün qeyri-qanuni yolla tədarük edilməsində, Çuy vilayətinin Koy-Taş kəndində yaşayış evinin tikintisi üçün qeyri-qanuni yolla ərazi əldə edilməsində əli ola bilər.

Qeyd edək ki, Qırğızıstanda iyunun 13-də keçmiş prezidentin toxunulmazlıq hüququndan məhrum edilməsi üzrə parlament komissiyası yaradılıb, komissiyanın tərkibinə altı fraksiyanın hər birinin nümayəndələri daxil edilib.

Sabiq prezidentin toxunulmazlıq immunitetindən məhrum edilməsi məsələsinə iyunun 25-də Qırğızıstan Ali Sovetində baxılacağı planlaşdırılır. Daha əvvəl respublikanın hüquq-mühafizə orqanlarının nümayəndələri Atambayevə qarşı cinayət işi başladıldığını elan ediblər.










loading...


Fikrinizi bildirin