Gürcüstan parlamentində mübahisə – İclasa fasilə verilib

Dərc olunub: 25/06/2019 - 12:46

51dbbdfb-7385-461c-8045-13e0eb4f13b6Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

“Report”un yerli bürosu xəbər verir ki, müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları daxili işlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.

Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib.










loading...


Fikrinizi bildirin