Ukrayna da DTK arxivlərini ictimaiyyətin üzünə açır

Dərc olunub: 25/06/2019 - 13:22

3117b134e8ef637e2acdc58b086d1322Ukraynanın Milli yaddaş institutu sovet xüsusi xidmət orqanlarının gizli arxivlərini vətəndaşlar üçün açıq elan edəcək. Musavat.com yerli mediaya istinadən xəbər verir ki, 1917-1991-ci illərin müvafiq sənədləri Kiyevdə xüsusi binada saxlanılacaq.

“Bu həmin sənədlərdən istifadə etmək istəyənlər üçün də rahatlıq gətirəcək. Onların hamısı eyni məkanda, geniş oxucu zallarında olacaq. Arxivə çıxış üçün isə sadəcə pasportu göstərmək kifayət edəcək. Yəni bundan ötrü Ukrayna Təhlükəsizlik Xidməti və Daxili işlər nazirliyində olduğu kimi xüsusi prosedurlardan keçmək lazım olmayacaq”,-deyə institutun mətbuat katibi Vladimir Vyatroviç mətbuata bildirib.

Xəbərdə 11 min kvadrat metrlik yer tutması gözlənilən arxiv idarəsinin Kiyevdə Dnepr çayının sol sahilində, Ukraynanın Milli bankının keçmiş binalarından birinə yerləşdiriləcəyi göstərilib.

Milli yaddaş institutu sözügedən qərarı “dekommunizasiya yolunda atılan islahatın növbəti addımı” kimi qələmə verib. 2015-ci ilin martında Ukraynada SSRİ Kommunist partiyası ilə bağlı qanun paketi qəbul edilib. Həmin qanunveruicliyə görə, kommunist quruluş sərt şəkildə qınanılır, sovet simvollarından istifadə qadağan olunur. Bundan başqa ölkə daxilində SSRİ dövlət xadimlərinin adlarının, o cümlədən kommunzimi xatırladan bütün isimlərin dəyişdirilməsi məcburi sayılıb. Məsələn buna görə Dneprpetrovsk vilayətinin adı sadəcə Dnepr, Kirovqrad isə Kropivnitski ilə əvəzlənib.

Qanun paketinə “1917-1991-ci ilərdə hökm sürmüş kommunist totalitar rejimin repressiv orqanlarının arxivlərinə çıxış” haqqında qanun da daxil edilmişdi.










loading...


Fikrinizi bildirin