Gürcüstan parlamentinin iclası etiraz aksiyası fonunda keçirilir – FOTOLAR

Dərc olunub: 25/06/2019 - 13:28

a4a4fb96-0bfd-4188-bb2c-4fb843e68c68Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

Aksiyaya vətəndaşlarla yanaşı, müxalif “Güc birlikdədir” birliyinin üzvləri də qatılıb. Etirazçılar hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin Qəddafi obrazında əks olunduğu plakatlar tutublar.

Əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Hazırda parlamentin plenar iclası keçirilir. Deputatlar yeni spiker seçməlidirlər.










loading...


Fikrinizi bildirin