“Bələdiyyə seçkilərində AKP və MHP birliyi qalibdir” – Ərdoğan

Dərc olunub: 25/06/2019 - 13:33

150907061453-turkish-president-erdogan-on-syria-isis-and-pkk-00013804“İstanbulluların qərarı bizim üçün önəmlidir. İstanbul xalqının qərarının başımız üstündə yeri var. Qeyri-rəsmi nəticələrə görə, CHP namizədi bu seçkidə qalib oldu, Əkrəm İmamoğlunu bir daha təbrik edirəm”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

İyunun 23-də İstanbulda keçirilən təkrar bələdiyyə seçkisinin nəticələrinə münasibət bildirən Ərdoğan AKP-nin namizədi Binəli Yıldırıma da təşəkkür edib: “Biz əlbəttə Binəli bəyin bu seçkini qazanmasını arzu etdik, amma olmadı. Ona bu məsələdə göstərdiyi cəhdlərə görə təşəkkür edirəm. Bizim üçün önəmli olan milli iradənin qalib gəlməsidir. Bələdiyyə seçkilərində Cümhur İttifaqı, AKP və MHP birliyi qalibdir. Bundan sonra ortaq hədəflər üçün çalışmalıyıq.
Siyasət anlayışımızda millətdən küsmək, milləti günahlandırmaq məsələsi qətiyyən yoxdur. Eyni zamanda millətin seçkilərdə verdiyi mesajlara laqeyd qala bilmərik”.










loading...


Fikrinizi bildirin