Ölümlə nəticələnən qəzada təqsirləndirilən polisə bəraət verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən X. Məmmədova bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Qəza baş verən zaman “Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Şərhlər

Ədalət Vicdanov 2019-06-25 14:43:50

Свидетели аварии заявили, что водитель Rang Rover открутил со своего автомобиля государственные регистрационные знаки и скрылся с места ДТП

мамед 2019-06-25 14:43:50

Yaralı şəxsləri ölüm ayağında qoyub qaçan polisə və məhkəmə kollegiyasının üzvlərinə uğurlar və ailə sadəti arzulayıram. Yedikləri çörək onlara halal olsun...

Son yazılar