“Azərbaycan əhalisinin 40 faizi Bakı və Abşeron ərazisində yaşayır” – Nazir

Dərc olunub: 25/06/2019 - 14:55

d0e6c567-a57b-4ed6-ae0d-4170fa05b977“Azərbaycan əhalisinin, təxminən, 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün orada yeni ağacların əkilməsinə ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bunun üçün yeni su mənbələri tapılmalıdır: “Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir”.

M.Babayev həmçinin əlavə edib ki, hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir: “Bunula da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik”.










loading...


Fikrinizi bildirin