Ən çox superkompüteri olan ölkələrin reytinqi açıqlanıb - TOP-10

Superkompüterlərdən bir çox sahələrdə, o cümlədən yeni kimyəvi birləşmələrin düsturunu, binaların konstruksiyalarını, təyyarələrin və avtomobillərin aerodinamik xüsusiyyətlərini hesablayarkən, həmçinin yeni geyim modellərinin dizaynı zamanı istifadə olunur.

"APA-Economics"in məlumatına görə, ABŞ və Almaniyanın ekspertləri ildə iki dəfə dünyanın ən yaxşı 500 superkompüterinin siyahısını hazırlayırlar. Sözügedən superkompüterlər siyahısı ən nüfuzlu reytinq hesab olunur.

Qeyd edək ki, superkompüter – çox prosessorlu elektron-hesablama sistemidir. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işlənməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Onların qiyməti adətən milyonlarla dollarlarla ölçülür. Superkompüter müasir emal gücünün xüsusi hesablama sürətinin sərhədində olan bir kompüterdir.

Ən çox superkompüterə malik olan ölkələrin reytinqi:

#

Ölkə

Mövcud superkompüterlərin sayı, ədəd

Ən güclü superkompüter modeli

1

Çin

219

Sunway TaihuLight

2

ABŞ

116

Summit

3

Yaponiya

29

AI Bridging Cloud Infrastructure

4

Fransa

19

PANGEA III

5

Böyük Britaniya

18

Cray XC40

6

Almaniya

16

SuperMUC-NG

7

İrlandiya

14

Lenovo C1040

8

Niderland

13

NA3

9

Kanada

8

Niagara

10

İtaliya

5

HPC4

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar