Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Dərc olunub: 25/06/2019 - 15:22

3f948c73-9c28-4829-9d0a-f6c85908250dÖlkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar avqustun 1-dək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.

Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.










loading...


Fikrinizi bildirin