İctimai Birlik sədri Usubov və Eyvazovu təbrik etdi - MƏTN

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Azərbaycan Respublikasinin Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunan Ramil Usubova təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Çox hörmətli Ramil müəllim!

Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi – ali dövlət vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Ədalətə atılan ədalətli imza Allahın qədəridir, hörmətə və itaətə layiqdir.

Dövlətə və onun təməlini təşkil edən xalqa xidmət etmək qədər çətin və şərəfli bir missiyanın hamıya görk olacaq töhfələrlə yerinə yetirilməsində Möhtərəm Prezidentimizə və Sizə uğurlar arzulayıram!

Çox hörmətli Ramil müəllim!

Siz, Azərbaycan xalqının nəcib ürəyində əfsanəvi nazir kimi əbədi yaşayacaqsınız. Tanrı Sizi qorusun!

Səmimi hörmət və ehtiramla Polisə Dəstək” İB–nin sədri Şəmsəddin Əliyev."

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin olunmuş polis general-leytenantı Vilayət Eyvazova da təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Çox hörmətli Vilayət müəllim!

Daxili İşlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm!

“Haqqa və ədalətə atılan imza uca, o qələmin mürəkkəbi isə şəhidlərin qanına bərabər tutular” - deyirlər. Ədalətə və ədalətlilərə itaət etmək ədalətlidir, insanlığa şərəf gətirər! Mən, Dövlət Başçısının ədalətli imzasını alqışlayıram.

Bu şərəfli vəzifənin ləyaqətlə yerinə yetirilməsinə heç kimin zərrə qədər şübhəsi yoxdur ki, Siz, bundan sonra da milli, dövlətçilik və ictimai maraqları daim uca tutucaq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğma vətənimizin davamlı inkişaf və çiçəklənməsi naminə həyata keçirdiyi, hamıya görk olacaq tədbirlərə, ölkədə sabitliyin toxunulmazlığına layiqli töhfələr verəcəksiniz.

Allah Sizi qorusun!

Səmimi hörmət və ehtiramla “Polisə Dəstək” İB –ni sədri Şəmsəddin Əliyev."

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar