Əmlak Komitəsi qiymətləndiricilərə 300 min manat ödəyəcək

Dərc olunub: 25/06/2019 - 15:48

emlakİyunun 25-də Əmlak Məsələləri Dövlət Komitəsi əmlak, torpaq sahələri və özəlləşdirilməli olan səhmdar cəmiyyətlərin nizamnamə kapitalının bazar dəyərinin qiymətləndirilməsinə dair dörd müqavilə imzalayıb.

Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, müqavilələr “Əmlak Mərkəzi” MMC, “Uniprice” MMC və “Consulting and Accounting Services” MMC-ə verilib. Bu şirkətlərə ƏMDK cəmi 293 910 manat (171,8 min dollar) ödəyəcək.










loading...


Fikrinizi bildirin