İranda terrorçu qruplaşma məhv edildi

İranın Qərbi Azərbaycan vilayətinin Çaldıran şəhərində terrorçu qruplaşma məhv edilib.

Bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu məlumat yayıb.

Məlumata əsasən, silahlı qruplaşmanın məqsədi İran ərazisinə daxil olaraq terror aktları törətmək olub.

Məlumatda bildirilir ki, əməliyyat zamanı terrorçularla silahlı insident baş verib. Terrorçulardan 2 nəfəri məhv edilib, 1 nəfəri isə yaxalanıb. Əməliyyat zamanı 2 nəfər iranlı əsgər yaralanıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar