Gürcüstanda dollar və avro bahalaşıb

Dərc olunub: 25/06/2019 - 17:28

11523d72-1341-43e3-b311-463e147e165cGürcüstanda ABŞ dolları milli valyuta olan lariyə nisbətdə bahalaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının iyunun 26-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8333 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə ABŞ dollarının qiyməti 0,0388 lari artıb.

Avronun da dəyərində artım qeydə alınıb. Belə ki, 1 avronun qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0422 lari bahalaşaraq 3,2260 lari təşkil edib.










loading...


Fikrinizi bildirin