Azərbaycanın 6 hərbçisinə general rütbəsi təqdim olunub - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib.

Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

635x100

Şərhlər

Musa Ismayilov 2020-11-28 00:06:49

Men qulluq etdiyim h/h nin komandiri olub 2000 ci ilde.Tebrik edirem ce

MTT Baw Idaresinden zabit 2019-06-25 19:48:39

orda rutbe alan ve eli ese ese esgeri salam veren ,,,, general,,, Qedir Nesibovun hec ali tehsili yox, Sovet Ordusunda ,,praporwik,,, olub, yeni gizir,nece olur ki indi general olur? ......Beleleriilemi torpaq alinacaq? ,,,praporwik-general,,, Qarabaqi azad edecek?

Son yazılar