Azərbaycanla Rusiya arasında memorandum imzalanıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, imzalanma mərasimi Moskva vilayətinin Alobino poliqonunda yerləşən "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində keçirilən “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunda çərçivəsində baş tutub

Memorandumu Azərbaycan tərəfdən müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev, Rusiya tərəfdən isə Rusiya sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar