115 saylı poçt şöbəsində nə baş verib? – “Rəis polisə şikayət edib”

Dərc olunub: 25/06/2019 - 19:57

1552988322387896082_1000x669-300x200“Bu gün “Azərpoçt”un 6 saylı poçt filialının 115 saylı poçt şöbəsində ciddi insident olub.” Bu xəbəri “AzPolitika.info”ya rabitə sektorunda baş verənlərdən məlumatlı şəxs verib.

Onun sözlərinə görə Binəqədi rayonu Abay küçəsi 99-da yerləşən poçt şöbəsinə 3 nəfər gələrək, şöbənin Anar adlı rəisi ilə dava ediblər. “O, polis şikayət edərək həmin şəxslərin onu döydükdən sonra dövlətin 10 min manatadək pulunu apardıqlarını bildirib. Hazırda polis bu işi araşdırır”, – mənbə qeyd edib.

Qeyd edək  ki, məlumat saytımıza iş günün sonunda daxil olduğundan poçt şöbəsi ilə əlaqə yarada bilmədik.

AzPolitika.info










loading...


Fikrinizi bildirin