Daha 7 məmur təyinatı olacaq - SİYAHI

Oktyabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Modern.az saytının xəbərinə görə, bu sərəncamla Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb.

Belə ki, ölkə başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boşalmış oldu.

Bu isə o deməkdir ki, oktyabrın 23-də və ya önümüzdəki günlərdə ölkə başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq.

Modern.az-ın məlumatına görə, hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər.

Buna görə də prezident tezliklə aşağıdakı vəzifələrə də təyinatlar həyata keçirəcək:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınınsədri vəzifəsi - (Məleykə Abbaszadə icra edir);

2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi – boşdur;

3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (Kamran İmanov icra edir);

4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (Bəhram Xəlilov icra edir);

5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (İnam Kərimov icra edir);

6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (Akim Bədəlov icra edir);

7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (İsgəndər Çəndirli icra edir).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar