Ukrayna Avropa Şurasına inamını itirib - Səfirini geri çağırır

«AzPoitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, rəsmi Kiyev Avropa Şurasındakı (AŞ) səfirini məsləhətləşmə üçün geri çağırıb.

Ukraynanın xarici işlər naziri Pavel Klimkinin bildirdiyinə görə, bu etiraz addımı AŞ Parlament Assambleyasının Rusiya nümayəndə heyətinin hüquqlarının bərpa edilməsi qərarı səbəbilə atılıb.

O, bəyan edib ki, Rusiya məsələsində «vicdanla kompromisə getdiyi» üçün Avropa Şurası insan hüquqlarının güclü müdafiəçisindən «sadə menecerə çevrilib».

Klimkinin sözlərinə görə, şura ukraynalıların etirbarını itirib və bunu bərpa etmək çox mürəkkəb bir məsələ olacaq.

Məlumat üçün bildirək ki, AŞ PA 2014-cü ildə palatada Moskvanı səs hüququndan məhrum etmişdi - o zaman Rusiya Avropa Şurasına üzvlük haqqının ödənilməsini dayadırmışdı.

Bu ərəfədə isə AŞPA iştirakçıları rusiyalı deputatların geri qaytarılmasına qarşı olan bütün maneələri aradan götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar