Beşqat dünya çempionu Ehram Məcidova hökm oxunub

Dərc olunub: 25/06/2019 - 19:25

54c1d3ba-bdc3-4a28-8a6b-08962b26a63dBakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən 1979-ci il təvəllüdlü Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, “Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov qayınatası, 1953-cü il təvəllüdlü Bəhruz Dilbaziyə xəsarət yetirməkdə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Ehram Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilirdi.










loading...


Fikrinizi bildirin