Mingəçevirdə kütləvi dava ölümlə nəticələnib
Baxiş sayı:
Dərc olunub:
25/06/2019 - 20:37
Mingəçevirdə qətl hadisəsi baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhərin "Energetik" yaşayış massivində yerləşən fərdi təsərrüfatlardan birində bir qrup naməlum şəxs arasında düşən dava ölümlə nəticələnib.
Bir nəfər odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətlə yetirilən şəxsin kimliyi araşdırılır. Mübahisədə bir nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma başladılıb.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.