Tbilisidə saxlanılan etirazçıların 54-ü həbsdə qalır

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyasında saxlanılan 121 nəfər barədə inzibati həbs qərarı verilib.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, müxtəlif qanun pozuntularına görə saxlanılmış həmin şəxslərin bir qismi artıq azadlığa buraxılıb. Hazırda 54 nəfər həbsdə qalır.

Hazırda Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyaya qoşulan iştirakçıların sayı artmaqdadır. Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Aksiyaçıların tələbləri dəyişməz olaraq qalıb. Onlar daxili işlər naziri Giorgi Qaxarianın istefası və Tbilisidə iyunun 20-21-də keçirilən aksiya zamanı saxlanılan şəxslərin hamısının azadlığa buraxılmasını tələb edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar