"Oğlumun Azərbaycana göndəriləcəyinə ümidimiz kəsilmişdi" - Fuad Abbasovun atası
Baxiş sayı:
Dərc olunub:
26/06/2019 - 00:05
"Fuadın Rusiyadan Azərbaycana göndəriləcəyi ilə bağlı artıq ümidimizi üzmüşdük".Bunu Rusiyadan Azərbaycana deportasiya olunan azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov "Report"a açıqlamasında deyib.
"Biz ümidimizi kəsmişdik. Düşünürdük ki, orada (Rusiyada – red.) onun əleyhinə işləyənlər var. Bu gün eşitdik ki, Fuadı Azərbaycana yola salıblar. Çox şadam, millətimdən razıyam. Fuadın heç bir günahı olmayıb, o cinayət edəcək insan da deyil. İstərdim ki, Fuad Azərbaycanda qalsın, bir mövqe tutsun, yaşayıb yaratsın", - deyə o bildirib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.