FAZİL MƏMMƏDOV XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - Həkimi açıqlama yaydı

Dərc olunub: 27/06/2019 - 13:05

Fazil

Uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşib. Gəncə Beynəlxalq Hospitalına yerləşdirilən F.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. Məsələ ilə bağlı Gəncə Beynəlxalq Hospitalından Modern.az-a verilən məlumata görə, hazırda Fazil Məmədovun səhhəti normaldır:

“Fazil Məmmədov xəstəxanaya qastrit diaqnozu ilə daxil olub. Gətirilərkən vəziyyəti nisbətən ağır idi. Lazımi müayinə və müalicələrdən sonra hazırda səhhəti normallaşıb. Əməliyyat olunması planlaşdırılmır”.

F.Məmmədov Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altındadır.

Qeyd edək ki, F.Məmmədov pankreatit xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin də əsas  səbəb spirtli içkilərdən çox istifadə edilməsidir. Bu səbəbdən də uzun müddət Türkiyədəki “American Hastanesi”ndə müalicə alıb.
***
Ötən gün Azərbaycanın sabiq Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib və o, Bakıdan Gəncə Beynəlxalq Xəstəxanasına gətirilib.

Keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Alınan məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qara ciyərində problem var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir( baku.ws).

Xatırladaq ki, uzun müddət Türkiyədəki “Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovda pankreatit xəstəliy aşkarlanmışdı. Bu xəstəliyin də əsas  səbəb spirtli içkilərdən çox istifadə edilməsidir.

Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirmişdi. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılmişdı. O “American Hastanesi”nin professorları Orhan Bilgə və Mustafa Kərəmin nəzarətində olmuşdu.








loading...


Fikrinizi bildirin