İtaliyada 120-dən çox adam mafiya fəaliyyətinə görə həbs olunub

İtaliyanın müxtəlif yerlərində 120-dən çox adam Kamorra cinayətkar təşkilatının fəaliyyətində əli olmaq iddiası ilə həbs olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Neapol prokurorluğunun nümayəndələri məlumat veriblər.

Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə genişmiqyaslı əməliyyatı karabinerlərin xüsusi qüvvələrinin əməkdaşları həyata keçirib. Məlum olub ki, bu işin istintaqı ilə Mafiya ilə Mübarizə İdarəsinin, Dövlət Polisinin və Maliyyə Qvardiyasının nümayəndələri birgə məşğul olublar. Bu dəfə kamorranın nüfuzlu klanları - Kontini, Mallardo və Liççardilər zərbəyə məruz qalıb.

Axtarışlar zamanı, təxminən, 130 milyon avro məbləğində əmlak müsadirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar