Eldar Əzizov yanğın baş verən əraziyə gedib – “Vəziyyət nəzarətə götürülüb” (YENİLƏNİB)

Dərc olunub: 26/06/2019 - 14:15

9399d2d8-b872-4a0c-9066-ea8eb407582bFövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

“Report”un əməkdaşı xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb.

***

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

E.Əzizov “Report”un hadisə yerində olan müxbirinə açıqlama verib.

İcra başçısı bildirib ki, mütəxəsisslər real vəziyyəti təhlil edərək rəy təqdim hazırlayacaqlar: “Gördüyünüz kimi, yanğın bir evdə qeydə alınıb və hazırda nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır”.

***

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumat görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.










loading...


Fikrinizi bildirin